Digər vakansiyalar

Hüquq Departamentinə, Korporativ Hüquq Şöbəsinə hüquq məsləhətçısı

  • Region Bakı
  • Filial Baş Ofis
  • Departament Hüquq

Rabitabank ASC Hüquq Departamentinə, Korporativ Hüquq Şöbəsinə hüquq məsləhətçısı vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Kreditlər və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Bank fəaliyyəti ilə əlaqədar müvafiq məhsullar üzrə müqavilələri, standart şərtli müqavilələri və digər müqavilələri hazırlamaq;
  • Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
  • Bankda təchizat və satınalma işinin təşkili ilə əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
  • Bütün növ bank əməliyyatları ilə bağlı müvafiq struktur bölmələrdən daxil olan sorğuları cavablandırmaqla hüquqi dəstək göstərmək;
  • Azərbaycan Respublikasının Qanunvericiliyinin əsaslarını, bank fəaliyyətinə dair normativ hüquqi aktları bilmək;
  • Azərbaycan Respublikasının mülki, mülki prosessual, əmək, inzibati, vergi hüququnun  əsasları üzrə müəyyən biliklərə malik olmaq.

 

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali hüquq təhsil;
  • Korporativ hüquq sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
  • Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və  Rus dili biliyi üstünlük təşkil edir.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” göstərməyiniz xahiş olunur.

 

Əlaqə üçün:

Telefon: (012) 598 44 88,  Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

Müraciət edin

Hüquq Departamentinə, Korporativ Hüquq Şöbəsinə hüquq məsləhətçısı

pdf, doc, docx, jpeg, png