“Rabitabank” ASC Xidmət Keyfiyyətinə Nəzarət Departamentinin Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Müştəri xidməti keyfiyyət göstəriciləri üzrə müəyyən olunan meyarlardan isifadə edərək müştərilərə göstərilən xidməti məsafədən qiymətləndirir;
- Müştəri xidməti keyfiyyətinin standartlaşdırılması və həmin standartların mütəmadi yenilənməsini təmin edir;
- Müştəri xidməti keyfiyyətinin müəyyən olunmuş standartlara uyğunluğuna nəzarət edir;
- Əməkdaşlar tərəfindən müəyyən olunmuş standartlara riayət olunmasına nəzarət edir;
- Filial və şöbələrdə müştəri xidməti səviyyətinin ölçülməsi məqsədi ilə qiymətləndirmə sistemini tətbiq edir;
- Bankın xidmət nöqtələrinə səfər edərək xidmət keyfiyyəti üzrə yerlərdə müvafiq meyarlardan istifadə edərək qiymətləndirmə aparır;
- Bankın xidmət nöqtlərində xidmət keyfiyyətinin tələb olunan səviyyədə saxlanılmasına nəzarət edir;
- Aşkarlanan pozuntuların sistemli şəkildə aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsini təmin edir;
- Keyfiyyətə nəzarət sisteminin qurulması və təkmilləşdirilməsi üzrə təkliflər irəli sürür;
- Müştəri məmnuniyyətini davamlı olaraq izləyir və inkişafına nail olmaq üçün tədbirlər görür;
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Keyfiyyəyə nəzarət sahəsi üzrə ən azı bir ilə qədər iş təcrübəsi;
- MS Excel üzrə təcrübə;
- Azərbaycan dilində səlis ünsiyyət qurmaq bacarığı;
- Dinləmək və ünsiyyət bacarıqları;
- Son nəticəni əldə etmək və məsələnin sona çatdırılması üzrə istiqamətlilik;
- Komandada işləmək və dəyişikliklərə tez uyğunlaşmaq;
- Tez öyrənmə bacarıqları və stresə davamlılıq;
- Bankın region filiallarına səfər etmək imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət şöbəsi, Aparıcı/Baş mütəxəssis” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33