- 1
Şəffaflıq - mükafatlandırma siyasəti və prinsiplərinin işçilərə, həmçinin ictimaiyyətə (qanunvericiliklə müəyyən edilmiş qaydada) açıqlanması
- 2
Uyğunluq - mükafatlandırma sisteminin əmək bazarı səviyyəsinə uyğunluğu
- 3
Səmərəlilik - mükafatlandırmaya yönəldilən xərclərin bank üçün adekvat səmərə gətirməsi
- 4
Balanslaşma - bütün növ mükafatların, əsaslandırılmış və nəticəyə əsaslanan şərtlərlə yaradılması, həm fərdi, həm də kollektiv əməyin stimullaşdırılmasına yönəldilməsi
- 5
Ədalətlilik - dəqiq ölçülmüş meyarlar əsasında mümkün qədər obyektiv qiymətləndirmə ilə işçinin əməyinin ədalətli ödənişi. Ödənişlərinin müəyyən edilməsində hər hansı bir diskriminasiyaya yol verilməməsi
- 6
Adekvatlıq - Bankın kapitalına, qabaqcıl beynəlxalq təcrübəyə və Bankın strategiyasına adekvat olması