F.A.Q

Какая комиссия взимается при снятии денег в банкоматах с Картмане?

5 транзакций в месяц бесплатно в любом банкомате страны. Дополнительные комиссии за пять транзакций рассчитываются согласно следующему графику: Тарифы

Kartmane üzrə keşbek nə qədərdir?

Kartmane dünyanın bütün yanacaq doldurma məntəqələrində 10%-dək, bütün kafe və restoranlarda 5%-dək, partnyor şəbəkəsi üzrə 40%-ə qədər keşbek qazandırır. Daha ətraflı: www.rabitabank.com/cashback

Keşbekləri hansı ödənişlərdə qazanmaq olar?

Keşbek 1 - "YDM & Restoranlar"  (mak. aylıq keşbek məbləği 50 AZN): Yanacaqdoldurma məntəqələri-10%-ə qədər və Restoranlar-5%.

40 AZN - 50 AZN keşbeki əldə etmək üçün həmin ay ərzində orta günlük qalıq minimal 150 AZN olmalıdır. Əks halda toplanılan keşbek 40 AZN olaraq hesablanır;

Keşbek 2 - "Bütün ödənişlər"(mak. aylıq keşbek məbləği 200 AZN):Yanacaqdoldurma məntəqələri-1%, Digər əməliyyatlar-2% və Sığorta-1,5%;Notarius-1,5%.

Keşbek 3 - "Marketlər & Restoranlar" (mak. aylıq keşbek məbləği 50 AZN): Supermarketlər- 5%-ə qədər, Restoranlar 5%;

Keşbek 4 - "Azercell ", (mak. aylıq keşbek məbləği 5000 bal): Yanacaqdoldurma məntəqələri 1 AZN=0,5 bal,  Siğorta 1 AZN=0,75 bal, Digər əməliyyatlardan 1AZN=1 bal. Qazanılan ballları Azercell danışıq dəqiqələrinə və ya Azercell İnternet paketinə dəyişilməlidir; Notarius- 1 AZN=0,75 bal.

Keşbek 5 - "MILES" (mak. aylıq keşbek məbləği yoxdur): Yanacaqdoldurma məntəqələri 1 AZN=0,5 mil, Sığorta 1 AZN=0,75 mil, Digər əməliyyatlardan 1AZN=1 mil. Qazanılan milləri Aviabilet, Otel və Maşın kirayəsinə dəyişilməlidir: 1AZN- 50 mil; Notarius 1 AZN=-0,75 mil.

Xarici valyuta - USD, EUR kartları (mak. aylıq keşbek məbləği yoxdur): 0,50%.

Daha ətraflı: https://www.rabitabank.com/cashback

Keşbək məbləği nə zaman karta mədaxil olunur?

Keşbek bonusları ayın son iş günü hesablanaraq növbəti aydan, lakin istənilən halda növbəti ayın 3-cü iş günündən gec olmamaq şərtilə,bonus hesabına bal şəklində küçürüləcək, balı pula çevirə bilərsiniz (Keşbek 1-"YDM & Restoranlar" , Keşbek 2- "Bütün ödənişlər", Keşbek 3 - "Marketlər & Restoranlar" paketləri üzrə). Keşbek 4 - "Azercell" paketı üzrə hesablanan balı Azercell danişiq/İnternet paketə dəyişmək. Keşbek 5 - "MİLES" paketi üzrə hesablanan mili aviabilet, otel və rent a car ödənişlərə dəyişmək.

Mobil tətbiq vasitəsi ilə Rabitəbank kartları arasında card to card xidmət haqqısı nə qədərdir?

Debit kartlardan vəsəitin göndərilməsi pulsuzdur. Kredit xətti olan kartlarla edilən card to card əməliyyatları zamanı xidmət haqqı 1% min. 1 AZN/USD/EUR təşkil edir.

Rabitəbankın kartı vasitəsi ilə xarici ölkə bankının kartına card to card əməliyyatı edə bilərəm?

Bəli. Yalnız Rabita Mobile-da qeyd edilən xarici ölkələrə card to card əməliyyatı mümkündür.

Qeyd: Ancaq Visa və MasterCard beynalxalq ödəniş sistemlərinə aid olan kartlara göndərmək mümkündür.

YDM-lərdə 10% keşbek necə qazanmaq olar?

YDM 10% Keşbek - Aylıq minimum 800 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin YDM-də xərclənən məbləğlərə şamil edilir. YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 400 AZN-i məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar və YDM başqa yerlərdə olmalıdır.

ATM cash, Pos Cash və Card to Card, kredit ödənişləri, nəqliyyat (aviabilet istisna), Rabitə, mərc oyunları, dövlət və kommunal, Quasi Cash ödənişlər üzrə dövriyyə nəzərə alınmır.

Misal üçün, əgər siz ay ərzində supermarketlərdə alış-verişə 350 AZN, YDM-lərdə isə 150 AZN, və aviabiletlərə 350 AZN xərcləmisinizsə, ayın sonunda 15 AZN keşbek qazanacaqsınız (150 manatın 10%-i).

 

YDM-lərdə 5% keşbek necə qazanmaq olar?

YDM 5% Keşbek - Aylıq minimum 250 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin  YDM-də xərclənən məbləğlərə şamil edilir.

YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 50 AZN-i məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar və YDM başqa yerlərdə olmalıdır. ATM cash, Pos Cash və Card to Card, kredit ödənişləri, nəqliyyat (aviabilet istisna), Rabitə, mərc oyunları, dövlət və kommunal, Quasi Cash ödənişlər üzrə dövriyyə nəzərə alınmır.

Misal üçün, əgər siz ay ərzində supermarketlərdə alış-verişə 100 AZN, YDM-lərdə isə 100 AZN, və aviabiletlərə 100 AZN xərcləmisinizsə, ayın sonunda 5 AZN keşbek qazanacaqsınız (100 manatın 5%-i).

YDM-lərdə 10%, Kafe və Restoranlarda 5% keşbek necə qazanmaq olar?

Restoranlar 5% Keşbek - aylıq min 800 AZN dövriyyə edildiyi halda, YDM-də qazanılan 10% keşbek məbləği ilə eyni zamanda, restoranlarda xərclənən bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 450 AZN-i məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran  və YDM başqa yerlərdə olmalıdır. ATM cash, Pos Cash və Card to Card, kredit ödənişləri, nəqliyyat (aviabilet istisna), rabitə, mərc oyunları,  dövlət və kommunal, Quasi Cash ödənişlər üzrə dövriyyə nəzərə alınmır.

Əmək haqqı kartlarına E-manat və kassa vasitəsi ilə mədaxil edildikdə, xidmət haqqı tutulurmu?

Növbəti link-ə keçid edərək tarif cədvəli ilə tanış ola bilərsiz: Tarif Cədvəli - PDF

Vəsaitlərin nağdlaşdırma limitləri varmı ?

Növbəti link-ə keçid edərək limitlər ilə tanış ola bilərsiz: Limitlər

Keşbeklərdən əldə edilən bonusları pula çevirmək mümkündür?

Bəli. Mobil tətbiqdə bonuslar bölməsində yer alan balları vəsaitə çevirmək mümkündür.

 

Depozit gəliri kartmane hesabına nə vaxt köçürülür?

Faizlər günün sonuna olan qalığa hesablanır və hər ayın son iş günündə kartınıza mədaxil edilir. Kartmane kartlarında min 100 AZN/USD, max 10000 AZN/USD, Premium tipli kartmanelərdə isə min 100 AZN/USD, max 50000 AZN/USD məbləğində qalığa faiz hesablanır.

AZN valyutasında olan Kartmane kartını xarici ölkədə istifadə etmək mümkündür?

Bəli, mümkündür.

Kartmane kartının müddəti bitdikdən sonra hesabda qalan məbləği necə əldə etmək olar?

Kartmane kartının müddəti bitdikdən sonra hesabda qalan məbləği banka yaxınlaşıb, nağdlaşdırmaq mümkündür.