Вакансии


 

Вакансии:

 


“Rabitəbank” ASC  İT Təhlükəsizliyi üzrə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. “Rabitəbank” ASC öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Əsas vəzifələr:

  • Bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə Baş Ofis və filiallarda monitorinq həyata keçirmək;
  • Ödəniş kartları komponentləri və məlumatlarına avtorizasiya olunmamış çıxış mümkünlüyünün istisna olunması;
  • Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanması;
  • Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması tədbirlərini görülməsi;
  • İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, analizi və ümumiləşdirilməsi;
  • Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi;
  • İT hadisəsi haqqında alınmış informasiyanın analizin həyata keçirilməsi və onun təsnifatı;
  • Təsvir olunmuş reqlamentlərə müvafiq olaraq İT insidentlərinə vaxtında reaksiya verilməsinin təmin edilməsi;
  • Qeyri-standart İT vəziyyəti /insidenti baş verdikdə birbaşa rəhbərin dərhal məlumatlandırılması və həmin insident aradan qaldırılması əməliyyatlarının işlənib hazırlanması;
  • İT insidentlərinə reaksiya verilməsi reqlamentinə yenidən baxılması və onun aktual vəziyyətdə saxlanması;
  • İstifadəçilərin hüquqlarının dəyişdirilməsi / istifadəçilərin ləvğ olunması və ya yaradılması;
  • Windows, Unix/Linux, istifadəçilərinin uçot qeydlərinin çoxsaylı bloklanmaların uçotu;
  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarının konfiqurasiyası və monitorinq olunması;
  • İnfrastrukturda olan boşluqların aşkar olunması və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Antivirus proqram təminatının saz vəziyyətdə olmasına nəzarət;
  • Sektorun ən yaxşı təcrübələrinə(ISO, ISACA, SANS, NIST və s.) və tənzimləyici orqanların tələblərinə (ARMBNP, ARMB, CERT, PCI DSS, VISA/Mastercard, və s.) əsasən İnformasiya Təhlükəsizliyi və İT Risk  idarə edilməsi üzrə çərçivənin  inkişaf etdirilməsi, tətbiq edilməsi və monitorinqi;
  • İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, və qaydaların işlənib hazırlanması;
  • Tənzimləyici orqanlar ilə işgüzar əlaqələrin saxlanması(ARMBNP, ARMB, CERT, PCI DSS, VISA/Mastercard, və s.);
  • Üçüncü tərəflər, vendorlarla idarə etmə proqramlarının, İnsident cavablandırma planının, Biznes Davamlılığı Proqramının  inkişaf etdirilməsi və saxlanılmasının təmin edilməsi;
  • İşçilərin İnformasiya təhlükəsizliyi sahəsində məlumatlandırılması ilə bağlı treyninqlərinin keçirilməsi.

 

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Məxfilik, diqqət, analiz etmək;
  • Komanda tərkibində işləmə qabiliyyəti;
  • Qərarvermə və problem həlletmə qabiliyyəti;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyətqurma qabiliyyəti;
  • İnformasiya təhlükəsizliyi proqramları üzrə sertifikatlar (CISA, CISM, CISSP, CompTIA Security+, ISO 27001 və s.);
  • İT sahəsində ən azı 5, İnformasiya Təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi;
  • İnformasiya təhlükəsizliyi sahəsində biliklər  (ISO, ISACA, SANS, NIST və s.);
  • İnformasiya texnologiyaları idarə edilməsi və İT idarəetmə çərçivəsi üzrə biliklər (COBIT, ITIL və s.);
  • Müvafiq sahə üzrə tənzimləyici orqanların normativ hüquqi sənədlərini bilmək (ARMBNP, ARMB, CERT, PCI DSS, VISA/Mastercard, və s.);
  • İT sistemlər üzrə biliklər (Windows/*nix OS, Virtualization technologies, Network technologies, Network Firewalls, IDS/IPS, WAF, SIEM, DLP, Endpoint Security və s.).

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını İT Təhlükəsizliyi üzrə mütəxəssisemail-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. 


Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

Rabitabank” ASC-nin Kart Biznes Departamentinin, Ekvayrinq şəbəkəsinin dəstəyi və inkişafı şöbəsinə isnpektor/aparıcı inspektor vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:

  • Bankomatların işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Bankomatların quraşdırılmasını, xidmətini və profilaktik işlərini təmin etmək;
  • Maddi resursların (bankomatlar və onların ehtiyyat hissələrinin və istehlaklarının) qeydiyyat və hesabatını aparmaq;
  • ATM şəbəkəsi üzrə hesabatları aparmaq və təqdim etmək;
  • Bankomatların inkassasiyası;
  • Bankomatlar  üzrə partnyorlar bazasını aparmaq və dəstəkləmək;
  • Bankın filiallarına və partnyorlarına məsləhət və texnoloji dəstək etmək;
  • Bankomatlarda yerləşdirilən nəğd vəsaitlərin qalıqlarını monitorinq etmək;
  • Bankdaxili qayda və təlimatları bilir və onlara riayət etdir.

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Plastik kartlar sahəsində ən azı 1 iş təcrübəsi;
  • Ünsiyyətqurma bacarığı;
  • Texniki bacarıqlar və satış qabiliyyəti;
  • Problemləri həll etmə bacarığı;
  • Menecerlik və təşkilatçılıq qabiliyyəti;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli, tələbkar, təşəbbüskar olmaq;
  • Yenilik və dəyişiklikliyə açıq olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Ekvayrinq şəbəkəsinin dəstəyi və inkişafı şöbəsinə isnpektor/aparıcı inspektor göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

  • E-mail: career@rabitabank.com 
  • Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

Rabitabank” ASC-nin Satışa dəstək şöbəsinə mütəxəssis/baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

  • Kreditləşməyə, qeyri-kreditə və korporativ satışa aid tələb olunan hesabatları vaxtında və düzgün hazırlamaq;
  • Maliyyə fondları ilə işləmək və onlarla sənəd mübadiləsini təşkil etmək;
  • Kredit işçilərinin, kredit menecerlərinin və filial rəhbərlərin mükafatlarını hesablamaq və ödəniş edilməsi üçün müvafiq struktura təqdim etmək;
  • Gördüyü işlər barədə Şöbə rəisinə həftəlik hesabat vermək;
  • Tələb olunduqda şöbə rəisini əvəz etmək;
  • Şöbənin özündən aşağı vəzifədə çalışan əməkdaşlarının bilik səviyyəsinin artırılmasına səy göstərmək;
  • Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
  • Bank və kommersiya sirrini qorumaq;
  • Birbaşa özününün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək;
  • Bankın rəhbərliyinin habelə birbaşa rəhbərinin müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək;
  • Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normatv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.)  bilmək və onlara riayət etmək.

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə olması arzuolunandır);
  • Bu və yaxud oxşar sahələrdə azı 1 il 6 ay iş təcrübəsi;
  • Vəzifə təlimatı üzrə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün tələb olunan peşakar biliklərə malik olmaq (Microsoft Excel yüksək səviyyədə bilməsi, riyazi biliklər, kreditləşmənin əsasları və s.);
  • Analitik düşüncəyə malik olmaq;
  • Komandada işləmək bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq;
  • Stressədavamlılıq;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Satışa Dəstək şöbəsinə mütəxəssis/baş mütəxəssis göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

  • E-mail: career@rabitabank.com 
  • Telefon: (012) 598 44 88, 
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

 

“Rabitabank” ASC  İT departamentinin Proqramların inkişafı şöbəsinə aparıcı proqramçı/ Baş proqramçı vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  • Biznes tələblərin təhlili və tələblərə uyğun yeni program təminatların hazırlanması və nəzarət edilməsi;
  • Mövcud Layihələrin təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Mövcud Layihələrin texniki dəstəyinin təşkilinin aparılması;

 

 Namizədə olan tələblər:

  • Full Stack Development;
  • C#, ASP.NET proqramlaşdırmanı mükəmməl səviyyədə bilmək,
  • Delphi, CBuilder, Web üzrə biliklərə malik olması arzuolunandı;
  • Fast Report, Crystal Report hesabat hazırlama proqramlar üzrə biliklərə malik olmaq;
  • Verilənlər bazasında işləmək üçün SQL, PL/SQL dilləri bilmək;
  • Müvafiq sahədə ən azı 3 il iş təçrübəsinə malik olma ;
  • Bank əməliyyatları üzrə biliklərə malik olması arzuolunandı;
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dillər üzrə baza biliklərinin olması (texniki sənədlərin oxunub, tərcümə olunması);
  •  Analitik düşünmə və böyük baza ilə işləyə bilmək;
  • Komandada işləyə bilmək;
  • Diqqətlilik, operativlik, məsuliyyətlik  kimi müsbət göstəricilərə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İT departamentinin Proqramların inkişafı şöbəsinə aparıcı proqramçı/ Baş proqramçı  göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

 

“Rabitabank” ASC “Mühasibatlıq departamenti”  baş mütəxəssis/expert vakansiyası elan edilir.

Ölkənin iri, dayanıqlı və etibarlı banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Bankın işçilərinin əmək haqqlarının (eləcə də maddi yardım, sosial güzəştlər, mükafat) hesablanması və bu barədə məlumatların əmək haqqı proqramına daxil edilməsi;
  • Əmək haqqları (eləcə də maddi yardım, sosial güzəştlər, mükafat) üzrə müvafiq müxabirləşmələrin Bank proqramına yığılması;
  • Digər hesablaşma sənədlərinin (xəstəlik vərəqələri, sair müavinət və s.) dövlət orqanı (DSMF, sosial müdafiə mərkəzi tərəfindən ödənilməsini təmin etmək üçün lazımi sənədləşmənin tərtib edilməsi;
  • Bankın işçilərinə əmək haqqları və onlardan tutulmalar barədə məlumatların verilməsi;
  • Hesabat dövrü üzrə (aylıq, rüblük), əmək haqına dair, o cümlədən müvafiq dövlət strukturlarına (DSMF, Vergilər idarəsi, statistika idarəsi və s.) təqdim olunmalı digər hesabatların hazırlanması;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə bazarlarına nəzarət palatasının, Mühasibatlıq sahəsinə aid qüvvədə olan Azərbaycan Respublikasının məcəllə və qanunlarını, eləcə də Bankdaxili qayda və təimatları bilir və onlara riayət edir.

Vəzifə üzrə tələblər:

  •  Ali və ya orta ixtisas təhsili (Maliyyə, mühasibatlıq sahəsində);
  •  Bu və yaxud oxşar sahələrdə azı 3 il iş təcrübəsi;
  •  Vəzifə təlimatı üzrə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün tələb olunan peşakar biliklərə malik olması (Maliyyə və mühasibatlıq üzrə biliklər və s.);
  • Analitik düşüncə;
  • Komandada işləmək bacarığı;
  • Düzgün qərar vermək bacarığı;
  • Stressədavamlılıq;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması.

Əlaqə vasitələri:

  • E-mail: career@rabitabank.com 
  • Telefon: (012) 598 44 88, 
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

“Rabitabank” ASC-nın Bakı, Sumqayıt, Gəncə, Şamaxı və Ağcəbədi filiallarına KOS (SME) Kredit Mütəxəssisləri  vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə: KOS (SME) üzrə Kredit Mütəxəssisi

Vəzifə öhdəlikləri:

  • Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
  • Filialın kiçik, orta və iri kreditlərinin  planının icrasını və çarpaz satışını təmin etmək;
  • Kredit portfelinin keyfiyyətinin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək, təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
  • Potensial müştərilərin təhlilini apararaq, müvafiq sənədləri kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
  • Korporativ müştərilərin loyallığının təmin edilməsi üçün zəruri tədbirlər görmək;
  • Korporativ məhsulların təkmilləşdiriməsinə dair təkliflər vermək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadi və maliyyə təhsili olanlara üstünlük verilir);
  • KOS (SME) kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
  • MS Office proqramlarında sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Regionun adı/ KOS (SME) üzrə kredit mütəxəssisi göstərməyiniz xahiş olunur. 

Nəzərinizə çatdırmaq istərdik ki, növbəti mərhələdə vakansiya üzrə yalnız tələblərimizə uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Rabitabank Mikro və Riteyl Departamentinin Mərkəzi Təhlil Şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vakansiyaları üzrə işə qəbul elan edilir.

Ölkənin iri, dayanıqlı və etibarlı banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 Vəzifə öhdəlikləri:

  • Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş İstehlak Kredit sifarişlərinin Minimum Sənədlər Paketinə uyğunluğunu yoxlanılması;
  • Müştəri Xidməti Strukturlarından gələn kredit müraciətlərinin təhlili və qərar verilməsində iştirak;
  • Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlanılması;
  • Kredit sifarişi haqqında sorğunun nəticələrini yoxlanılması (AKB girova düşmüş girovun kredit sifarişində qeyd olunan girovla üzləşdirilməsi, gecikdirilmiş kredit borclarının dəqiqləşdirilməsi);
  • Təminatın adekvatlığını, realizasiyasını və həssaslığını yoxlanılması;
  • Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəflərinin vaxtında və keyfiyyətlə icra edilməsi;

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadi təhsil arzu olunandır);
  • Kredit sahəsindən ən azı 1-2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl səviyədə, rus və ingilis dili arzu olunandır;
  • MS Office proqramlarında, xüsusi ilə Excel-də sərbəst işləmə bacarığı;
  • Riyazi biliklərə, analitik düşüncəyə malik olmaq;
  • Yüksək kommunikasiya qurma bacarıqları;
  • Detallara qədər dəqiqlik və diqqət;
  • Təşəbbüskarlıq, məsuliyyət, etibarlılıq kimi xüsusiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən və vakansiya üzrə marağı olan namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Mərkəzi təhlil şöbəsi/Mütəxəssis və ya Mərkəzi təhlil şöbəsi/Aparıcı mütəxəssis yazmağınız xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

“Rabitabank” ASC Nərimanov, Qusar,Şamaxı, Şəmkir, Ağsu, Kürdəmir, Masallı filialları üzrə Müştəri xidmətləri təmsilçisi (reception) üzrə işə qəbul elan edir!

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
  • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi.

Namizədə olan tələblər:

  • Ali və yaxud orta-ixtisas təhsili;
  • Yüksək kommunikasiya və müştəri yönümlülük;
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
  • MS Office proqramları üzrə biliklər;
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Məsuliyyətli olması, təzyiqə davamlılıq, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər mailin mövzu hissəsində müraciət edilən vakansiyanın adını göstərməklə öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Əlaqə vasitələri:

  • E-mail: career@rabitabank.com 
  • Telefon: (012) 598 44 88, 
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33





Отправить другу

Email отправлен.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Ваше Имя
Email друга