Rabitəbankın təklif etdiyi “Verifone X990” yeni nəsil POS-terminalı ən son Android əməliyyat sisteminə sahib, ekrana toxunmaqlı, incə, yüngül portativ “smart” cihazırdır. Bu cihaz dövrümüzün ən sürətli mobil bağlantısı olan 4G ilə təchiz olunub. X990 kassa aparatının funksiyaları ilə yanaşı, POS-terminal, anbar uçotu sistemi, printer funksiyalarını və bir sıra digər özəllikləri özündə birləşdirir.
Sahibkar və korporativ müştəriləri əlavə hansı üstünlüklər gözləyir?
- 1
Ödəniş əməliyyatlarının sürətli və növbədə çox vaxt sərf etmədən həyata keçirilməsi.
- 2
Təmassız ödəniş üsulunun daha sağlam seçim olması.
- 3
Kassa əməkdaşının iş yükünün azalması və asanlaşması.
- 4
Kiçik məbləğli pul qalıqlarının qaytarılması kimi çətinliklərin aradan qaldırılması.
- 5
Nağd pulun saxlanılması və daşınması ilə bağlı risklərin aradan qaldırılması.
- 6
Kart istifadəçilərinin nağdsız ödənişləri nəticəsində satış həcminin artması.