Все объявления
Руководство Рабитабанк и Ганира Пашаева провели в Нардаране встречу по вопросам развития образования девочек.
5 ноябрь, 2022

Руководство Рабитабанк и Ганира Пашаева провели в Нардаране встречу по вопросам развития образования девочек.

Ötən günlərdə “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Bakının Nardaran qəsəbəsində 130 nömrəli məktəbi ziyarət etmiş, təhsilin inkişafı yönündə məktəblilərlə görüş keçirmişdirlər.

Görüşün əsas məqsədi məktəblərdə təhsilinin inkişafına dəstək göstərmək, xüsusilə qız uşaqlarının oxumağının önəmi mövzusunda maarifləndirici çıxış etmək və məktəblilərə 400-dən çox kitab hədiyyə etmək olmuşdur.

Statistikaya görə dünyada 15-19 yaş aralığında olan hər 4 qızdan 1-i işsizdir və təhsil ala bilmir. Bu gün 130 milyon qız uşağı məktəbə gedə bilmir. Pandemiya dövründən sonra isə bu hal gedərək artmağa başladı və hal-hazırda təəssüf ki, say daha çoxdur.

Məktəblilərlə çox səmimi dialoqa quran Qənirə Paşayeva bildirib ki, “Qız uşaqlarının potensialına inanmalı, onları gələcəyə hazırlamalıyıq. Onlara öz qərarlarını vermə şansı, sevgi, özgüvən və doğru yolu göstərdiyimiz zaman demək ki, düzgün yoldayıq.

Bu gün dünyada yetkinlik yaşına çatmamış 600 milyon qız uşağı var və onların hər biri tarixdə bu günə qədər görülən ən böyük qadın liderlər nəslini yaradacaqlar. Bu isə yalnız bir şərtlə mümkündür; onlara düzgün yön göstərib, seçim şansı verməklə. Əziz məktəblilər, mənim sizə inamım böyükdür, gücünüzü bütün dünyaya göstərin!”

Orhan Gültekin məktəblilərlə görüşdə onlara belə müraciət edib: Məktəblilər olaraq özünüzü şanslı hiss etməlisiniz ki, sivil bir cəmiyyətdə əlçatan təhsil və dövlət tərəfindən tam dəstəyi görə bilirsiniz. Mən inanıram ki, gələcəkdə çoxunuz ali təhsil alaraq yüksək vəzifələrdə çalışacaq, səsinizi hər kəsə eşitdirə biləcəksiniz. Qız uşaqlarının daha yaxşı şərtlərdə təhsil almaları üçün Rabitəbank olaraq biz də hər zaman dəstək göstərməyə hazırıq.

Bankımızda xanımlara özəl məhsulumuz var, adı “Güc Xanımlarda”dır. Çünki biz Rabitəbank olaraq həm bank daxilində, həm də cəmiyyətdə xanımların gücünə inanır, gender bərabərliyini dəstəkləyirik. Qadınların karyera həyatında uğurlu olmaları üçün qadınlara özəl güzəştli maliyyə məhsullarımız buna gözəl nümunədir.”