Выберите операцию
Likvidlik risklərinin idarə edilməsi
Bank likvidlik riskini siyasət və prudensial tələblər çərçivəsində idarə edir. Məqsəd normal və stress şəraitində öhdəliklərin vaxtında yerinə yetirilməsini təmin edən sabit likvidlik mövqeyinin qorunmasıdır.
Əsas fəaliyyətlər
Limit sistemi
İstifadə olunan alətlər
Bazar risklərinin idarə edilməsi
Bazar riskləri faiz, valyuta və qiymətli kağızların qiymət dəyişikliklərindən yarana biləcək itkilərdir. Bank bu riski gündəlik göstəricilər və təsdiqlənmiş limitlər əsasında idarə edir.
Əsas fəaliyyətlər
Valyuta riski
Faiz riski
Qiymətli kağızlar üzrə risk
Kredit risklərinin idarə edilməsi
Kredit riski borcalanın öhdəlikləri tam və ya vaxtında yerinə yetirməməsi nəticəsində yaranan potensial zərərdir. Bank kredit riskini siyasət, modellər və limitlər vasitəsilə idarə edir.
Kreditvermə
Qiymətləndirmə alətləri
Əməliyyat risklərinin idarə edilməsi
Əməliyyat risklərinin idarə edilməsi Bankın daxili fəaliyyət sahələrində, biznes proseslərində, informasiya sistemlərində və insan faktorundan irəli gələn risklərin vaxtında identifikasiyası, qiymətləndirilməsi və azaldılması üzrə nəzarət mexanizmlərinin tətbiqi, həmçinin bu risklərin davamlı monitorinqi məqsədilə həyata keçirilən sistemli, kompleks və institusional xarakterli idarəetmə prosesidir.
“Rabitəbank” ASC-də əməliyyat risklərinin idarə edilməsinin məqsədi
Əməliyyat risklərinin idarə edilməsinin əsas məqsədi Bankın strategiyasının reallaşdırılması, Bankın mənfəətinə və kapitalına təsir edən gözlənilən və gözlənilməz zərərlərin qarşısının effektiv alınması məqsədilə əməliyyat risklərinin idarə edilməsi işinin təşkilini və prinsiplərini müəyyən etməkdir.
Əməliyyat risklərinin idarə edilməsi çərçivəsi
Əməliyyat risklərinin idarəetmə çərçivəsi aşağıdakı əsas komponentlərdən ibarətdir.
Risklərin identifikasiyası
Əməliyyat risklərinin vaxtında və düzgün şəkildə müəyyən edilməsi riskin effektiv idarə olunmasının ilkin şərtidir. Bu mərhələdə proseslər, məhsullar, sistemlər və insan amili ilə əlaqəli potensial əməliyyat riskləri təhlil edilir. Risklərin identifikasiyası aşağıdakı vasitələrlə həyata keçirilə bilər:
Risklərin qiymətləndirilməsi
Müəyyən olunmuş risklərin Banka olan potensial təsiri və başvermə ehtimalı qiymətləndirilir. Bu proses həm keyfiyyət, həm də kəmiyyət yanaşmaları əsasında aparılır.
Risklərin azaldılması və nəzarət
Risklərin məqbul səviyyəyə endirilməsi üçün adekvat nəzarət tədbirlərinin tətbiqi həyata keçirilir.
Riskin tənzimlənməsi
Tənzimləmə mərhələsinin məqsədi aşkar edilmiş və qiymətləndirilmiş risklərə münasibətdə cavab strategiyalarının seçilməsi, tənzimləmə tədbirlərinin planlaşdırılması və icrasından ibarətdir. Müəyyən olunmuş risklərə cavab tədbiri məqsədilə aşağıdakı risk yanaşma metodlarından biri tətbiq edilir:
Risklərin monitorinqi
Əməliyyat risklərinin davamlı şəkildə izlənilməsi risk səviyyəsində baş verə biləcək dəyişikliklərin vaxtında aşkar edilməsinə imkan verir.
Hesabatlıq və kommunikasiya
Əməliyyat riskləri ilə bağlı məlumatların aidiyyəti idarəetmə səviyyələrinə vaxtında və şəffaf şəkildə təqdim edilməsi mühüm əhəmiyyət daşıyır.