Выберите операцию
Rabitəbank gənclərin maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüsləri çərçivəsində Bakı Biznes Universitetinin tələbələri üçün “Kredit tarixçəsi nədir?” mövzusunda maarifləndirici görüş təşkil edib.
Dayanıqlı gələcək bu gün atılan addımlarla formalaşır. Təbiətə qayğı isə yalnız ekoloji məsuliyyət deyil, gələcək nəsillərə verilən dəyərdir.
“Rabitəbank” ASC ölkədə müxtəlif sahələrdə çalışan peşəkarların maliyyə əlçatanlığını artırmaq məqsədilə yeni nağd pul krediti kampaniyasına start verib. Kampaniya çərçivəsində bank, sığorta və mobil operator əməkdaşlarına xüsusi şərtlərlə sərfəli kredit imkanları təqdim olunur.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Rabitəbank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Rabitəbank olaraq Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan “Bankçılıq Mükafatları – 2025” tədbiri çərçivəsində 4 nominasiyada mükafata layiq görüldük.
Rabitəbank olaraq korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarına dəstəyimizi davam etdiririk. Müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində 100 şəhid ailəsini ziyarət etdik.