Ramazan və Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət etdik / KSM / Bank haqqında / Rabitəbank - Rahat Bankçılıq!
Bütün elanlar
17 Mart, 2026

Ramazan və Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət etdik

Rabitəbank olaraq korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarına dəstəyimizi davam etdiririk. Müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində 100-dən çox şəhid ailəsini ziyarət etdik.
Təşəbbüsümüz, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə həyata keçirildi. Quba və Qusar rayonları üzrə II Qarabağ müharibəsi şəhidlərinin ailələrini ziyarət edərək, onlara Ramazan bayramına özəl hazırlanmış sovqatlar təqdim etdik.
Ziyarətlər çərçivəsində şəhid ailələrini bayram münasibətilə təbrik edərək, Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad etdik. Bizim üçün bu təşəbbüs yalnız sosial dəstək deyil, eyni zamanda şəhid ailələrinin yanında olmağın, milli-mənəvi dəyərlərimizi qorumağın və cəmiyyət olaraq birliyimizi nümayiş etdirməyin ifadəsidir.
Qeyd etmək istərdik ki, fəaliyyətimiz dövründə hər zaman şəhid ailələri və qazilərə yönəlmiş sosial layihələr həyata keçirmişik və onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış etmişik. Bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirmək əsas prioritetlərimizdəndir.
Rabitəbank olaraq “Rahat bankçılıq” prinsipi ilə yanaşı, cəmiyyətə dəyər qatmağı da prioritet hesab edir və sosial məsuliyyət təşəbbüslərimizlə bu dəyərləri yaşatmağa davam edirik.