💰Kredit Sifarişi | Sərfəli Kredit Şərtləri | Onlayn Kredit

Kreditlər

Fərqli məqsədlər üçün nəzərdə tutulan kredit məhsulları indi daha rahat və sərfəli şərtlərlə təklif olunur

  • Geniş seçim

    Fərdi və biznes

  • Sifariş

    Onlayn və filialda

  • Məbləğ

    Ehtiyaca uyğun

✅ Onlayn Nagd Pul Krediti

Pul lazımdır? Rahat yoldan – onlayn əldə et!

İstehlak Krediti

Arzularını reallaşdırmaq üçün maliyyə dəstəyini indi Rabitəbank-dan əldə et!

Lombard Krediti

Zinət əşyaların dəyərə çevrilsin – nağd pulu indi, asanlıqla əldə et!

İpoteka Krediti

Öz evin, öz rahatlığın – bunu İpoteka və Kredit Zəmanət fondunun xətti ilə reallaşdır!

"MİDA" Xətti ilə Güzəştli İpoteka

Dövlət dəstəyi ilə mənzil sahibi ol – MİDA mənzillərinə güzəştli ipoteka fürsətini qaçırma!

Avtomobil Krediti

Səni yeni avtomobilinə aparan rahat yol!

Təminatlı Nağd Pul Krediti

Əmlakını girov qoy, yüksək məbləğli krediti indi əldə et!

Əmanət Təminatlı Nağd Pul Krediti

Əmanətinlə təminat ver, sərfəli nağd pul əldə et!

Ən çox verilən suallar

  • Ümumi kreditlər
  • Nağd pul krediti
  • İstehlak krediti
  • Lombard krediti
  • İpoteka krediti
Kredit üçün necə müraciət edə bilərəm?

Kredit müraciətini aşağıdakı üsullardan birini seçərək asanlıqla edə bilərsən:

  • Rabita Mobile tətbiqi vasitəsilə – rahatlıqla istənilən yerdən.
  • Ən yaxın filialımıza yaxınlaşaraq.
  • Çağrı mərkəzimiz ilə əlaqə saxlayaraq.
  • Rəsmi veb-saytımız üzərindən onlayn formada.
  • RabitaBot vasitəsilə sürətli şəkildə.
Mənə kredit düşür?

Kreditin verilməsi gəlir səviyyən, kredit tarixçən və müraciət etdiyin kredit növündən asılı olaraq dəyərləndirilir. Dəqiq nəticə üçün banka müraciət edə və yoxlanış aparılmasını istəyə bilərsən.

Kredit neçə günə rəsmiləşdirilir?

Kreditin rəsmiləşdirilməsi müddəti müraciət etdiyin kredit növündən və təqdim olunan sənədlərdən asılı olaraq dəyişə bilər. Əksər hallarda proses qısa zamanda tamamlanır.

 

Hansı kredit növləri var?

Rabitəbank-da aşağıdakı kredit növləri mövcuddur:

  • Onlayn Nağd Pul Krediti – müraciət tam onlayndır
  • İstehlak Krediti – şəxsi ehtiyaclar üçün nağd kredit
  • Lombard Krediti – zinət əşyaları girovu ilə sürətli kredit
  • İpoteka Krediti – ev alışı üçün uzunmüddətli kredit
  • MİDA İpotekası – dövlət güzəşti ilə mənzil krediti
  • Avtomobil Krediti – yeni avtomobil üçün
  • Təminatlı Nağd Pul Krediti – daşınmaz əmlak girovu ilə yüksək məbləğ
  • Əmanət Təminatlı Kredit – bankdakı əmanət təminatı ilə
  • Biznes Kreditləri – sahibkar və şirkətlər üçün maliyyə dəstəyi
Şərtlər nələrdir?
  • Faiz: 10.5%-dən
  • Müddət: 48 ayadək
  • Məbləğ: 30 000 AZN-dək
  • FİFD: min.12.41% - maks.28.61%
Kredit üçün necə müraciət edə bilərəm?

Kredit müraciətini aşağıdakı üsullardan birini seçərək asanlıqla edə bilərsən:

  • Rabita Mobile tətbiqi vasitəsilə – rahatlıqla istənilən yerdən.
  • Ən yaxın filialımıza yaxınlaşaraq.
  • Çağrı mərkəzimiz ilə əlaqə saxlayaraq.
  • Rəsmi veb-saytımız üzərindən onlayn formada.
  • RabitaBot vasitəsilə sürətli şəkildə.
Mənə kredit düşür?

Kreditin verilməsi gəlir səviyyən, kredit tarixçəndən asılı olaraq dəyərləndirilir. Dəqiq nəticə üçün banka müraciət edə və yoxlanış aparılmasını istəyə bilərsən. 

Kreditin aylıq ödənişi nə qədər olacaq?

Aylıq ödəniş məbləği götürdüyün kreditin məbləğindən, müddətindən və faiz dərəcəsindən asılıdır. Onlayn kalkulyator vasitəsilə təxmini ödənişini öncədən hesablaya bilərsən.

 

Kredit ödənişlərini necə edə bilərəm?
  • Rabita Mobile tətbiqi ilə
  • RabitaBot vasitəsilə
  • Ödəniş terminalları vasitəsilə
  • Bank filiallarında
İstehlak krediti nədir?

İstehlak krediti – şəxsi ehtiyaclarını qarşılamaq üçün, müəyyən məhsul və ya xidmətin alınmasına yönəldilmiş kreditdir. Məhsul və ya xidmətin məqsədi banka bildirilir və kredit həmin ehtiyac üçün verilir.

 

Kredit üçün necə müraciət edə bilərəm?

Aşağıdakı üsullardan birini seçərək asanlıqla müraciət edə bilərsən:

  • Ən yaxın filialımıza yaxınlaşaraq
  • Çağrı mərkəzimizlə əlaqə saxlayaraq
  • Rəsmi veb-saytımız üzərindən onlayn formada
  • RabitaBot ilə sürətli müraciət edərək

 

İstehlak kreditini hansı məqsədlər üçün istifadə edə bilərəm?

İstehlak kreditindən aşağıdakı məqsədlər üçün istifadə edə bilərsiniz:

  • Məişət texnikası və elektronika alınması
  • Mənzilin təmiri və təchizatı
  • Tibbi xidmətlər və əməliyyat xərcləri
  • Təhsil haqqının ödənilməsi

 

Mənə kredit düşür?

Kreditin verilməsi gəlir səviyyən, kredit tarixçəndən asılı olaraq dəyərləndirilir. Dəqiq nəticə üçün banka müraciət edə və yoxlanış aparılmasını istəyə bilərsən.

 

 

İstehlak kreditinin şərtləri nələrdir?

Şərtlər nağd pul krediti ilə eynidir:

  • Faiz dərəcəsi: 10.5%-dən başlayır
  • Müddət: 48 ayadək
  • Məbləğ: 30,000 AZN-dək
  • FİFD: min. 12.41% - maks. 27.61%

 

Kreditin cavabı nə qədər vaxtda məlum olur?

Müraciət etdikdən sonra qısa müddət ərzində kredit qərarı haqqında məlumat alırsınız. Onlayn müraciətlərdə bu, bir neçə dəqiqə ərzində də baş verə bilər.
​​​​​​​

 

Lombard kreditinin şərtləri nələrdir?
  • Faiz dərəcəsi: İllik 18% (aylıq 1.5%)
  • Məbləğ: 30,000 AZN-dək
  • Müddət: 3 aydan 36 ayadək
  • Valyuta: AZN
  • FİFD: minimum 20.15% - maksimum 38%
Lombard krediti üçün hansı sənədlər tələb olunur?
  • Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi)
  • Yaş həddi: 20-65 yaş (kreditin son ödəniş tarixi 65 yaşdan çox olmamalıdır)
  • Girov: Qızıl-zinət əşyaları
Kredit məbləği necə müəyyən edilir?

Kredit məbləği, girov qoyulan qızıl-zinət əşyalarının bazar dəyərinin müəyyən faizinə əsasən təyin olunur. Dəyərləndirmə bank filialında aparılır.

 

Girov qoyduğum əşyalar necə qorunur?

Qızıl-zinət əşyaları bankın mühafizə olunan xüsusi saxlanclarında qorunur.

 

Lombard krediti olan filiallar hansılardır?

Bütün region filiallarımızda mövcuddur.
Bakı və Sumqayıt şəhərlərində isə aşağıdakı filiallarda:

  • Sumqayıt: S.Vurğun küç., 102
  • Mərkəz: B.Sərdarov küç., 1 (Səbail r-nu)
  • Nizami: Sarayevo küç., 26C (Xətai r-nu)
  • Yasamal: Şərifzadə küç., 408
  • Sahil: Ə.Rəcəbli küç., 3 (Nərimanov r-nu)
  • Səbail: A.Məhərrəmov küç., 33A (Nəsimi r-nu)
Əşyamı nə vaxt geri ala bilərəm?

Krediti tam ödədiyinin an girov qoyduğun əşyalar geri qaytarılır.

Lombard krediti üçün əlavə zamin və ya gəlir arayışı tələb olunur?

Xeyr, lombard krediti girov əsasında verildiyi üçün əlavə zamin və ya gəlir arayışına ehtiyac yoxdur.

 

Rabitəbank İpoteka kreditini kimlər ala bilər?
  • Əmək haqqını Rabitəbank ASC-dən alan şəxslər
  • Bankın komitəsi tərəfindən təsdiq edilmiş şirkətlərdə işləyənlər

 

İpoteka kreditinin şərtləri nələrdir?
  • İllik faiz dərəcəsi: 8%
  • İlkin ödəniş: 15%-dən başlayır
  • Maksimal məbləğ: 150 000 AZN
  • Müddət: 25 ilədək
  • Güzəştli ipoteka: 100 000 AZN-dək, illik 4%, 30 il müddətinə (Fond xətti ilə)
Güzəştli ipoteka kreditindən kimlər faydalana bilər?

Güzəştli ipoteka kreditindən İpoteka və Kredit Zəmanət Fondunun müəyyən etdiyi kateqoriyalara aid şəxslər faydalana bilər.

İpoteka kreditini nə qədər müddətdə rəsmiləşdirə bilərəm?

Tələb olunan sənədləri təqdim etdikdən sonra ipoteka krediti cəmi 10 iş günü ərzində operativ şəkildə rəsmiləşdirilir.

 

İlkin ödənişi minimum neçə faiz ödəməliyəm?

İlkin ödəniş məbləği ən azı 15% təşkil edir. Əmlakın dəyərinə əsasən hesablanır.

 

İpoteka kreditində maksimum məbləğ nə qədərdir?

Adi ipoteka kreditlərində maksimum məbləğ 150,000 AZN-dəkdir.
Güzəştli ipotekada isə 100,000 AZN-dək.

 

Kredit kalkulyatoru ilə hesabla!

Kredit kalkulyatoru ilə aylıq ödənişini əvvəlcədən müəyyən et, büdcəni planlaşdır və qərarını daha rahat şəkildə ver.

Kredit kalkulyatoru ilə hesabla!
Daha ətraflı

Onlayn Nağd Pul Krediti

Bəzən pula ehtiyac qəfil yaranır. Gözlənilməz xərclər, planlaşdırılmamış ödənişlər və ya sadəcə təxirə salmaq istəmədiyiniz bir plan. Belə hallarda ən vacibi vaxt itirməməkdir.

Rabitəbankın Onlayn Nağd Pul Krediti ilə banka getmədən müraciət edə bilərsiniz. Sayt və ya mobil tətbiq üzərindən bir neçə dəqiqəyə sifariş göndərilir. Kredit məbləğni və kredit müddətini özünüz seçirsiniz. Kredit kalkulyatoru vasitəsilə kreditin aylıq ödənişi əvvəlcədən hesablamaq mümkündür. Beləliklə, ödəniş planınızı əvvəlcədən görür və rahat qərar verirsiniz.

Kredit müraciətinə operativ baxılır. Proses sadədir, rahatdır və əlavə vaxt itkisi yaratmır. Pul lazımdırsa, onu almaq da rahat olmalıdır!

İstehlak Krediti

Həyatda planlar heç vaxt bitmir. Ev təmiri, yeni məişət texnikası, toy xərci, təhsil haqqı və ya şəxsi ehtiyaclar. Bəzən bu planları gerçəkləşdirmək üçün əlavə maliyyə dəstəyi lazım olur.

İstehlak krediti məhz bu cür ehtiyaclar üçün nəzərdə tutulub. Kredit məbləğini və müddətini büdcənizə uyğun seçə bilərsiniz. Kredit kalkulyatoru ilə aylıq ödənişi əvvəlcədən hesablayaraq hansı variantın sizə uyğun olduğunu müəyyənləşdirmək mümkündür.

Müraciət prosesi sadələşdirilib. Sənədlər minimum səviyyədə tələb olunur və baxılma müddəti qısadır.  Planlarınızı təxirə salmayın. İmkan varsa, indi həyata keçirin.

Lombard Krediti

Təcili və qısa müddətli pula ehtiyac olduqda ən sürətli həll yollarından biri lombard kreditidir. Əgər qiymətli əşyanız varsa, onu girov qoyaraq qısa zamanda nağd vəsait əldə edə bilərsiniz. Proses uzun çəkmir. Girovun dəyəri qiymətləndirilir və uyğun məbləğ təklif olunur. Minimum sənəd tələbi ilə kredit rəsmiləşdirilir.

Lombard kredit növü xüsusilə vaxt itirmək istəməyən və qısa müddətdə maliyyə ehtiyacını qarşılamaq istəyənlər üçün uyğundur.

İpoteka Krediti

Ev sahibi olmaq bir çox insan üçün ən böyük məqsədlərdən biridir. Kirayə ödəmək əvəzinə öz eviniz üçün ödəniş etmək daha məntiqli seçimdir.

Rabitəbankın ipoteka krediti ilə mənzil və ya fərdi yaşayış evi almaq mümkündür. Uzunmüddətli kredit imkanı aylıq ödənişləri daha əlçatan edir. Kredit kalkulyatoru vasitəsilə ilkin hesablamanı özünüz edə və büdcənizə uyğun plan qura bilərsiniz. Şərtlər aydın və şəffafdır. Rəsmiləşdirmə mərhələləri mərhələli şəkildə izah olunur ki, proses sizin üçün rahat keçsin.

Öz evinizə sahib olmaq düşündüyünüz qədər uzaq deyil.

“MİDA” Xətti ilə Güzəştli İpoteka

Dövlət dəstəyi ilə təqdim olunan “MİDA” xətti üzrə güzəştli ipoteka müəyyən kateqoriyaya uyğun vətəndaşlar üçün nəzərdə tutulub. Bu kredit daha sərfəli faiz dərəcəsi və uyğun ilkin ödəniş şərtləri ilə seçilir. Əgər şərtlərə uyğunsunuzsa, Rabitəbank vasitəsilə müraciət edə bilərsiniz. Kredit kalkulyatoru ilə aylıq ödənişi əvvəlcədən hesablamaq mümkündür. Bu imkan ev sahibi olmaq istəyən ailələr üçün daha əlverişli yol təqdim edir. Gələcəyinizi daha rahat planlaşdırmaq üçün yaxşı fürsətdir.

Avtomobil Krediti

Şəxsi avtomobil gündəlik həyatda böyük rahatlıq yaradır. İşə, məktəbə, ailə ilə səfərə və gündəlik planlara vaxtında çatmaq daha asan olur. Rabitəbankın avtomobil krediti ilə yeni və ya ikinci əl avtomobil almaq mümkündür. Kredit məbləği seçilən avtomobilə uyğun müəyyən edilir. Müddəti özünüz seçə bilərsiniz.

Kredit kalkulyatoru ilə aylıq ödənişi əvvəlcədən hesablayaraq büdcənizə uyğun variantı tapmaq mümkündür. Müraciət prosesi isə sadə və aydındır. Avtomobil sahibi olmaq artıq daha əlçatandır.

Təminatlı Nağd Pul Krediti

Daha böyük planlar üçün daha böyük maliyyə lazımdır. Təminatlı nağd pul krediti yüksək məbləğ əldə etmək istəyənlər üçün nəzərdə tutulub. Daşınmaz əmlak və ya digər təminat əsasında kredit rəsmiləşdirilir. Bu zaman daha geniş məbləğ və daha uyğun şərtlər təklif oluna bilər. Şərtlər fərdi qaydada müəyyən edilir. Kredit kalkulyatoru ilə ilkin hesablamanı etmək mümkündür. Böyük planlarınız varsa, onları yarım qoymayın.

Əmanət Təminatlı Nağd Pul Krediti

Əmanətiniz varsa və əlavə vəsaitə ehtiyac yaranıbsa, əmanəti bağlamağa tələsməyin. Əmanət təminatlı kreditlə həm yığımınız qalır, həm də əlavə pul əldə edə bilərsiniz. Əmanətiniz gəlir gətirməyə davam edir. Siz isə onun müəyyən hissəsi qədər kredit götürərək ehtiyaclarınızı qarşılaya bilərsiniz. Proses rahatdır və rəsmiləşdirmə sürətlidir. Bu kredit növü xüsusilə risk etmədən əlavə vəsait əldə etmək istəyənlər üçün uyğundur.