💚 Arzularınızı rahatlıqla gerçəkləşdirin!
Kampaniyadan yararlanmağa tələsin👇
Kredit sifariş etƏməliyyatı seçin
Mağazalarda ödənişi həyata keçirərkən yan (kilid) düyməni iki dəfə sıxın, identifikasiyası üçün iPhone-a baxın və sonra terminala gətirin. Tətbiqlərdə ödəniş edərkən ödəmə üsulunuz olaraq Apple Pay seçin.
Mağazalarda ödəniş edərkən barmağınızı “Touch ID” üçün toxundurun və iPhone-u POS-terminala yaxınlaşdırın. Tətbiqdə ödəniş edərkən ödəmə üsulunuz olaraq Apple Pay seçin.
Mağazalarda ödəniş edərkən yan (kilid) düyməni iki dəfə sıxın və saatınızın ekran tərəfini POS-terminala yaxınlaşdırın.
Apple Pay, Apple cihazları üçün yaradılmış rəqəmsal ödəniş vasitəsidir. Bu sürətli və təhlükəsiz ödəniş metodu artıq Azərbaycan bazarında da aktivdir.
Apple Pay-ə ilk əlavə olunan kart avtomatik olaraq əsas kart kimi təyin edilir. Əgər bir neçə kart əlavə etmisinizsə, istənilən vaxt əsas kartı dəyişə bilərsiniz. Bu əməliyyat hər cihaz üçün ayrı-ayrılıqda aparılır.
iPhone və ya iPad-də: Settings > Wallet & Apple Pay-ə keçin, Transaction Defaults bölməsinə daxil olaraq əsas kartınızı seçin.
Apple Watch-da: iPhone cihazınızda Apple Watch tətbiqinə daxil olun, My Watch bölməsində Wallet & Apple Pay-ə keçin və Default Card bölməsindən əsas kartı təyin edin.
Mac-də: System Preferences > Wallet & Apple Pay-ə keçin və əsas kartınızı seçin.
Bəli, eyni kartı bir neçə Apple cihazında Apple Wallet-ə əlavə etmək mümkündür.
Bəli, bir cihazda bir neçə kartı Apple Wallet-ə əlavə etmək mümkündür.
Kartı Apple Wallet-ə əlavə etmək üçün heç bir komissiya haqqı tələb olunmur.
Bəli, Apple Pay aktivləşdirildikdən sonra cihazınızı NFC funksiyasını dəstəkləyən ATM-ə yaxınlaşdıraraq, kartın PİN kodunu daxil etdikdən sonra hesabdan pul çıxarmaq mümkündür.