Geri
Zaur Baxşəliyev

Zaur Baxşəliyev

Audit Komitəsinin müstəqil üzvü

Zaur Baxşəliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat ixtisasının Maliyyə-kredit fakültəsini 2007-ci ildə bitirib.

2010-cu ildə isə həmin universitetin Biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə yiyələnib. 
Z. Baxşəliyev 15 ildən çox daxili audit sahəsində təcrübəyə malikdir. O, peşəkar əmək fəaliyyətinə “Bank of Azerbaijan” ASC-nin audit köməkçisi kimi başlayıb və audit bölmə rəhbəri vəzifəsinə kimi yüksəlib. Daha sonra “Garant Holding” MMC-də qrup daxili auditor, “Aqrar Tədarük və Təchizat” ASC-də baş auditor, 2015-2017-ci illərdə “Rabitəbank” ASC-nin Daxili audit departamentinin baş auditoru və şöbə rəisi olaraq çalışıb.

2019-2024-cü illərdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində Risklərin idarə edilməsi şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, sonra isə Daxili nəzarət və audit departmentinin direktoru vəzifələrini icra edib. 

O, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeli strukturu olan “ADY Ekspress” MMC-nin Daxili audit xidmətinin rəhbəri olaraq çalışır.

Zaur Baxşəliyev 2024-cü ilin fevral ayından etibarən “Rabitəbank” ASC-də Audit Komitəsinin müstəqil üzvü kimi fəaliyyətə başlayıb.