Geri
Orhan Gültekin

Orhan Gültekin

İdarə Heyəti sədrinin 1-ci müavini, İdarə Heyətinin üzvü (Baş Satış İnzibatçısı)

Gültekin Orhan Rifat oğlu 06 May 1970-ci ildə Türkiyənin Bursa şəhərində anadan olmuşdur.

1987-1991-ci illərdə Türkiyənin Hacettepe Universitetində “Menecment” ixtisası üzrə bakalavr təhsili almışdır.

Bank karyerasına 1993-cü il tarixindən Türkiyənin “Garanti” Bankında auditor olaraq başlamışdır.  1997-2001 tarixlərində “Koçbank”da baş auditor və filial müdiri vəzifələrində çalışmışdır. Sonra isə 2001-2012-ci illərdə “Yapı Kredi Bank - Türkiyə”də satış üzrə regional direktor və icraçı vitse-prezident vəzifələrində çalışmışdır. 

2012-2015-ci illərdə “Yapı Kredi Bank – Azərbaycan”da Baş Direktor (satış üzrə), 2016-2017-ci illərdə Caspian Development Bankda “Satış və marketinq” departamentinin Direktoru, 2017-2018-ci illərdə “Atabank” ASC-də “Marketinq və Kommunikasiyalar” departamentinin Direktoru kimi fəaliyyət göstərmişdir.

2019-ci ildən 2022-ci ilədək “Rabitəbank” ASC-də İdarə Heyəti Sədrinin müavini (Satış üzrə) vəzifəsində çalışıb.

2022-ci ildən etibarən “Rabitəbank” ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini vəzifəsində çalışır. 

Email: Orhan.Gultekin@rabitabank.com

Tel: (012) 598-44-88 / 6102