Geri

Ramil Nasibov

İdarə Heyəti sədrinin müavini , İdarə Heyətinin üzvü (Baş Texnologiya İnzibatçısı)

Nasibov Ramil Hüseyn oğlu 28 Noyabr 1981-ci ildə Gürcüstanda anadan olub.

2003-cü ildə Gürcüstan Texniki Universitetinin “İnformasiya Texnologiyaları və İdarəetmə” fakultəsini bitirib.

Bank karyerasına 2004-cü ildə “Dəmirbank” ASC-nin “İnformasiya Texnologiyaları” departamentində Proqramçı olaraq başlamışdır.  2007-ci ilin aprel ayından həmin bankın “Strateji inkişaf” departamentinin “İT sistemlərinin inkişafı” şöbəsinin müdiri, 2011-2013-cü illərdə isə bankın “İnformasiya Texnologiyaları”  departamentinin Direktor müavini vəzifəsində çalışmışdır.

2013-2017 illərdə “İRS Technology” MMC-nin İdarə Heyətinin Sədri kimi fəaliyyət göstərmişdir.

2017-ci ilin yanvar ayından 2018-ci ilin mart ayınadək “Bank of Baku” ASC-də İT üzrə Sahə direktoru vəzifəsində çalışmışdır. 

2018-ci ilin martından 2024-cü ilin martına kimi Rabitəbank ASC-nin Baş Direktoru (İnformasiya texnologiyaları üzrə) vəzifəsində çalışıb.

2024-cü ilin martından etibarən “Rabitəbank” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyir.

Email: Ramil.Nasibov@rabitabank.com

Tel: (012) 598-44-88 / 6101