Bütün elanlar
"20 AZN bonus" kampaniyası
2 Oktyabr, 2023

"20 AZN bonus" kampaniyası

Kampaniya müddəti: 1 oktyabr-31 yanvar
Müştəri seqmenti: Mobil tətbiq üzərindən ilk dəfə kredit ödənişi edəcək rezident fiziki şəxslər.
Kredit növü: AZN valyutasında,  istənilən kredit növünə şamil olunur (biznes və ipoteka kreditləri istisna).
Ödənilən bonus dəyəri: 20 AZN-dək (hər ay 5 AZN)

Kampaniyanın şərtləri: Kampaniya müddəti ərzində mobil tətbiq üzərindən 150 AZN (və ekvivalenti) və ya daha yuxarı məbləğdə ödəniş edərək 20 AZN-dək bonus qazanmaq şansına sahib olacaqsınız. Bonus məbləği ayda bir dəfə, 5 AZN olmaqla qazanıla bilər. Ödəniş şərti aylıq hesablanır və şərt ödənilərsə bonus dəyərini hər ay qazanmaq mümkündür. Kredit ödənişi həyata keçirən müştərinin adına olmalı və ödəniş mobil tətbiqə bağlı olan kart və ya cari hesab vasitəsilə həyata keçirilməlidir. Bir neçə kredit müqaviləsi üzrə mobil tətbiqdə ilk dəfə ödəniş edəcəyiniz təqdirdə bonus yalnız bir kredit müqaviləsi üzrə ödəniləcəkdir. Əldə olunmuş bonus məbləği aktiv olan Kartmane debet kartına( AZN valyutasında) köçürülür. Müştərinin bir neçə AZN valyutasında Kartmane debet kartı olduğu təqdirdə bonus məbləği ilk açılmış Kartmane debet kartına köçürüləcək.

Bonusların ödəniş qaydası: Hər ayın ilk 10 (on) iş günü ərzində keçən ay üzrə ödəniş edən müştərilərin hesabına qazanılmış bonuslar aidiyyatı Kartmane debet kartları üzrə köçürüləcəkdir.