Digər vakansiyalar

Biznes Bankçılıq departamenti, Biznesin İnkişafı şöbəsinin aparıcı\baş mütəxəssisi

 “Rabitəbank” ASC Biznes Bankçılıq departamentinin, Biznesin İnkişafı şöbəsinə aparıcı\baş mütəxəssis  vəzifəsi üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır

 Vəzifə öhdəlikləri

  • Mütəmadi bazar araşdırmaları həyata keçirmək və əldə olunan məlumatlar əsasında Biznes krediti və qeyri kredit məhsullarının  və satış metodikasının təkmilləşdirilməsi barədə təklif vermək;
  • Yeni məhsul və xidmətlərin  satışa çıxarılması, satış kanalları, satış forma və metodları üzrə təkliflərin hazırlanması;
  • Alternativ kanallar ilə biznes məhsulların çarpaz satışının və xidmətinin göstərilməsində və rəqəmsal məhsulların inkişafı üçün təkliflər hazırlamaq və prosesləri icra etmək;
  • Biznes kredit və Qeyri kredit məhsullarının  optimallaşması,  Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək,  Məhsulun  texnoloji əsaslarını hazırlamaq və məhsulların yaradılması haqqında prosesləri izləmək;
  • Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və tendensiyalarını aşkar edilməsi və həlli üçün təkliflərin irəli sürülməsi;
  • Biznes kredit və Qeyri kredit məhsulları üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
  • Biznes krediti və Biznes Qeyri kredit məhsullarının satışı üzrə təbliğat təşviqat tədbirləri üzrə təkliflər hazırlamaq;
  • MXS əməkdaşları ilə çalışmaq və MXS əməkdaşlarının xidmət keyfiyyətinin artırılmasında birbaşa iştirak etmək;
  • Biznes məhsullar üzrə satışa dəstək məqsədi ilə dəstək mexanizmi hazırlamaq, MXS əməkdaşları ilə birbaşa çalışmaq, həvəsləndirici təkliflər hazırlamaq;
  • Bankın Biznes kredit və Qeyri kredit məhsullarının bank bazarında gündəmdə qalması üçün əməkdaşlıqların genişləndirilməsi üçün tədbirlər planı hazırlamaq;
  • Cari Biznes kredit və  Qeyri kredit məhsulları üzrə  portfelinə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Qeyri kredit və kredit məhsullarının çarpaz satış hesabatlarının hazırlanması;
  • Bankın əməliyyat tariflərində nəzərdə tutulan əlavə və dəyişikliklərin layihəsinin hazırlanması və təhlil edilərək aidiyyatı üzrə müzakirəyə təqdim olunması;
  • Müştərilərin xidmət və məhsul şərtlərinə dair fərdi müraciətlərinin təhlili;

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda 24 ay iş təcrübəsi(Biznes Bankçılıq üzrə çalışan şəxslərə üstünlük verilir);
  • Satış texnikasına dair bilik və təcrübəyə malik olmaq;
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
  • Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
  • Azərbaycan dilini mükəmməl bilmək (Rus və ya ingilis dili bilən şəxslərə üstünlük verilir);
  • MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığına malik olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11.12.2023-cü il tarixinə qədər career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznesin inkişafı şöbəsinə aparıcı və ya baş mütəxəssis” yazmağınız xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

 

Müraciət edin

Biznes Bankçılıq departamenti, Biznesin İnkişafı şöbəsinin aparıcı\baş mütəxəssisi

pdf, doc, docx, jpeg, png