Bütün elanlar
“Rabita Mobile ilə ödə və qazan” lotereyası
1 Sentyabr, 2023

“Rabita Mobile ilə ödə və qazan” lotereyası

Rabitəbank “Rabita Mobile ilə ödə və qazan” adlı birtirajlı stimullaşdırıcı lotereyaya start verir!

Şərtlər:

Rabitəbankın Rabita Mobile mobil tətbiqi üzrə ödəniş edən hər vətəndaş avtomatik olaraq lotereya iştirakçısına çevriləcəkdir.

Rabita Mobile tətbiq üzərindən istənilən valyutada,  istənilən növ ödənişlər, xarici bank kartlarına köçürmə və Zolotaya Korona sistemi ilə pul köçürmə əməliyyatları (ölkədaxili əməliyyatlar istisna olmaq şərtilə) həyata keçirən istifadəçilər iştirak etmək hüququnu qazanırlar. Lotereyada iştirak etmək üçün minimum ödəniş  məbləği 10 AZN, köçürmə məbləği minimum 100 AZN olmalıdır.

Ödənişlər aşağıda göstərilən qaydada şans qazandırır:

  • Mobil operatorlar, Oyun və Sosial şəbəkə ödənişləri üzrə – 3 şans,
  • Kommunal xidmətlər, Telefon şəbəkəsi, TV və İnternet provayderlər, DYP, BNA, Sığorta və Parking ödənişləri üzrə – 2 şans,
  • Xarici bank kartlarına köçürmə və Zolotaya Korona sistemi ilə pul köçürmə əməliyyatları (ölkədaxili əməliyyatlar istisna olmaq şərtilə) 1 şans,
  • Kredit (yalnız Rabitəbank kart və hesablarından aparılan əməliyyatlara şamil olunur), Dövlət və Digər ödənişlər üzrə – 1 şans.

Daha çox ödəniş edən iştirakçı daha çox şans qazanmaq imkanını əldə edir.
 
“Rabita Mobile ilə ödə və qazan” stimullaşdırıcı lotereya 1 sentyabr – 30 noyabr tarixlərini əhatə edəcək.

Uduş fondu bankın rəsmi Facebook səhifəsində canlı yayımda oynanılacaq. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında dekabrın əvvəli müəyyənləşəcəklər. Ümumilikdə, lotereyada 55 iştirakçı qalib olacaq. 54 iştirakçıya İphone 15 Pro Max, 256 GB Natural Titanium, AirPods Pro, Apple Watch Ultra, Apple MacBook Air, Samusung 5G Galaxy, Samsung Galaxy Watch 5 Pro, Samsung Galaxy Buds 2 Pro, Samsung Smart TV televizoru, PlayStation 5 oyun konsolu, bir nəfər qalibə isə Changan Uni-V 1.5 L Turbo avtomobili hədiyyə veriləcək.

Qeyd: Rabitəbank əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın rəsmi saytında yerləşdiriləcək.

Tətbiqi yükləmək üçün: https://rbt.az/rbm