Bankımızdan yaşıl gələcəyə töhfə
Rəhbər heyətin və əməkdaşlarımızın iştirakı ilə 25 aprel 2025-ci il tarixində Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak edərək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü dərin ehtiramla yad edib və ətraf mühitin qorunmasına töhfəmizi verdik.
Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən həyata keçirilmişdir. Bu təşəbbüs çərçivəsində 2023–2033-cü illəri əhatə edən dövrdə bir milyon ağacın əkilməsi nəzərdə tutulur.
Bank olaraq biz də bu təşəbbüsə qoşulmaqdan məmnunluq duyur, daha yaşıl və sağlam gələcək naminə atılan hər bir addımı dəstəkləyirik.