Bütün elanlar
8 May, 2025

Qanvermə aksiyası təşkil etdik

Rabitəbank olaraq sosial məsuliyyət strategiyamız çərçivəsində daha bir mühüm təşəbbüsə imza atdıq. 8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə Baş ofisimizdə “Qanınla mənə can olduğun üçün təşəkkürlər, qan dostum” şüarı altında qanvermə aksiyası təşkil etdik. Aksiya Qan Bankının dəstəyi ilə həyata keçirildi.

Bu təşəbbüsümüzün əsas məqsədi irsi qan xəstəliklərinə, xüsusilə də talassemiyaya diqqət çəkmək, bu xəstəliklərlə mübarizə aparan insanlara dəstək olmaq və ölkəmizdə donor mədəniyyətinin inkişafına töhfə verməkdir.

Aksiyada bank rəhbərliyimiz və əməkdaşlarımız könüllü olaraq iştirak etdilər və qan donorluğunda fəallıq nümayiş etdirdilər. Hər bir iştirakçı Qan Bankının səyyar tibbi personalı tərəfindən ilkin tibbi müayinədən keçdi və qanvermə prosesi beynəlxalq təhlükəsizlik və gigiyena standartlarına tam uyğun şəkildə həyata keçirildi.

Rabitəbank olaraq sağlam və dayanıqlı cəmiyyətin formalaşmasında üzərimizə düşən məsuliyyəti dərk edir və bu istiqamətdə humanist təşəbbüsləri davam etdirməyə sadiq qalırıq. Gələcəkdə də sosial fayda yönümlü layihələr həyata keçirərək cəmiyyətimizə dəstək olmağa davam edəcəyik.