Ramazan bayramı ərəfəsində şəhid ailələrini ziyarət etdik
Korporativ sosial məsuliyyət sahəsindəki sadiqliyimizi bir daha nümayiş etdirərək Ramazan bayramı ərəfəsində şəhid ailələrinin yanında olduq. Bankımızın təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə Kürdəmir, Şamaxı və Ağsu rayonları üzrə 100-dək şəhid ailəsini ziyarət etdik, onlara Ramazan payları təqdim olundu.
Ziyarət zamanı bank nümayəndələri, şəhid ailələrini bayram münasibətilə təbrik edərək, qəhrəman şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edib, onların ailələrinə hər zaman dəstək olacaqlarını bir daha vurğuladıq. Şəhid ailələrinə edilən bu dəstək, yalnız maddi yardım göstərmək deyil, həm də onlara ruh yüksəkliyi və bayramın verdiyi ümidin bir hissəsi idi.
Xatırladaq ki, bankımız korporativ sosial məsuliyyəti çərçivəsində şəhid ailələri və qazilərə hər zaman həssaslıqla yanaşır və Qarabağ uğrunda döyüşlərin ilk günlərindən bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir.