Kartmane Taksit kartı ilə istənilən məkanda ödənişi 6 ayadək komissiyasız taksitlə ödə.
Onlayn alış-verişləri isə heç bir komissiya ödəmədən 12 ayadək taksitlə et! 💳
Üstəlik Rabitəbank ATM-lərində vəsaitini də 0% komissiya ilə nağdlaşdıra bilərsən!
Kampaniya şərtləri:
1. Nağdsız əməliyyatların taksitləşdirilməsi:
Kampaniya çərçivəsində Taksit kartı vasitəsilə həyata keçirilən bütün nağdsız ödəniş əməliyyatları (onlayn əməliyyatlar xaric) müştərinin seçiminə uyğun olaraq aşağıdakı şərtlərlə taksitləşdirilə bilər:
- 3 aydan 6 ayadək komissiyasız (0%)
- 6 aydan 9 ayadək - 1% komissiya
- 9 aydan yuxarı müddət üçün – 1.5% komissiya.
2. Onlayn alış əməliyyatların taksitləşdirilməsi:
Kampaniya müddətində Taksit kartı vasitəsilə həyata keçirilən onlayn ödəniş əməliyyatları müştərinin müraciətinə əsasən aşağıdakı şərtlər ilə taksitləşdirə bilər:
- 3 aydan 12 ayadək – komissiyasız (0%)
- 12 aydan yuxarı müddət üçün - 1.5% komissiya
3. ATM-lər vasitəsilə nağlaşdırma üzrə komissiya güzəşti:
- Kampaniya müddətində Taksit kartı vasitəsi ilə Rabitəbank-a məxsus ATM-lərdən həyata keçirilən nağd pul vəsaitlərinin nağlaşdırma əməliyyatları üzrə komissiya haqqı 0% tətbiq edirilir.