Kampaniya şərtləri:
Taksitə bölünə bilən əməliyyatlar üzrə minimal məbləğ 30 AZN təşkil edir.
POS və onlayn nağdsız əməliyyatlar üzrə:
- 6 aya qədər taksitə bölünmə zamanı komissiya tətbiq edilmir;
- 6 aydan yuxarı müddətə taksitə bölünmə zamanı 1,5% komissiya tətbiq edilir.
Məbləği 500 AZN/USD/EUR və yuxarı olan əməliyyatlar üzrə:
- 6–12 ay müddətinə taksitə bölünmə zamanı 1% komissiya tətbiq edilir;
- 12 aydan yuxarı müddətə taksitə bölünmə zamanı 1,5% komissiya tətbiq edilir.
ATM vasitəsilə nağdlaşdırma üzrə 70 günədək (əməliyyatın həyata keçirildiyi ayı izləyən ikinci ayın 10-dək) güzəşt müddəti tətbiq edilir. Bu müddət ərzində əməliyyat məbləğinə faiz hesablanmır.