Bütün köçürmələr

Western Union

Sizə MDB ölkələrinə, o cümlədən uzaq xarici ölkələr və qonşu ölkələrə pul köçürmək imkanı verir.

Western Union

Üstünlükləri

  • Siz əziyyət çəkmədən dünyanın 189 ölkəsinə pul köçürə bilərsiniz.
  • Köçürmənin həyata keçirilməsi üçün sizə bank hesabı açmaq lazım olmayacaq.
  • Vəsaitin köçürülməsindən 5-10 dəqiqə sonra göndərilən şəxsin onu almaq imkanı olacaq.
  • Köçürmə etdiyiniz şəxs onu almaq üçün heç bir pul ödəməyəcək.

Əlavə xidmətlər

  • Köçürmə ilə birlikdə məlumat (20 sözdən çox olmayaraq). Siz köçürmə ilə bərabər, blankın müvafiq bölməsinə latın şrifti ilə yazmaqla, qısa xəbər də göndərə bilərsiniz
  • Telefon vasitəsilə bildiriş (bəzi ölkələr üçün mümkündür). Əgər Siz göndərənsinizsə, alanın, şəhərin kodu ilə birlikdə, telefon nömrəsini, habelə alanın yaşadığı şəhərin/ştatın/vilayətin adını göstərə bilərsiniz. Köçürmənin yola salınmasından keçən bir saat ərzində bankın nümayəndəsi alanı köçürmə haqqında məlumatlandıracaq, habelə pulu hansı ünvanda almağın mümkün olduğunu bildirəcəkdir. Alan yerində olmadıqda, “Western Union”-un nümayəndəsi iki gün ərzində (gündə üç dəfə) ona zəng vuracaqdır.
  • Köçürülən pulun alanın ünvanına çatdırılması (bəzi ölkələr üçün mümkündür). Köçürmə, alana sonradan ödəniş vasitəsi kimi istifadə oluna biləcək çek şəklində çatdırıla bilər.

Pul göndərmək üçün Siz aşağıdakıları yerinə yetirməlisiniz:

  • Bankın əməkdaşına sizin şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.
  • Standart “Pulun göndərilməsi üçün” blankını doldurmalısınız. Blankı doldurduqdan sonra siz onu imzalamalı və şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə bankın işçisinə təqdim etməlisiniz.
  • Daha sonra siz alıcıya göndərilməsini planlaşdırdığınız məbləği kassaya verməli və köçürülmə üçün komissiya haqqı ödəməlisiniz (komissiya mövcud Tariflərə müvafiq olaraq müəyyən edilir).
  • Sizin məlumatları yerləşdirdikdən sonra bank əməkdaşı sizə xüsusi on rəqəmli nəzarət nömrəsini bildirəcək. Həmin nömrəni siz pulu göndərdiyiniz şəxsə bildirməlisiniz. Daha artıq təhlükəsizlik üçün pulu göndərərkən siz cavabı göstərilməklə, nəzarət sualı verə bilərsiniz. Nəzarət sualına düzgün cavab verildikdə, sizin göndərdiyiniz pullar göndərdiyiniz şəxsə veriləcək.

Xüsusi şərtlər

  • Pul köçürmələri Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun həyata keçirilir (Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər üçün valyuta əməliyyatları haqqında Qaydalar).
  • 1000 USD-ən artıq köçürmə rəsmiləşdirildikdə bank Sizin adınıza cari hesab açır.