Kredit kartı taksit kartından nə ilə fərqlənir?
Hal-hazırda maliyyə bazarlarında nağdsız ödəniş sistemi sürətli şəkildə yayılmağa davam edir. Nağdsız ödəniş - pul vəsaitlərinin nağd olmadan banklar və ya digər maliyyə mənbələri tərəfindən həyata keçirilən pul dövriyyəsi formasıdır. Nağdsız ödəniş sisteminin geniş yayılması nağd pulların çapı, saxlanılması, yoxlanılması və daşınması ilə bağlı olan xərclərin azalmasında əhəmiyyətli rol oynayır.
Son zamanlar ölkədə nağdsız ödəniş sisteminə maraq artmaqdadır. Mərkəzi Bankın məlumatlara əsasən, nağdsız əməliyyatların həcmi cari ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox olub. Bu müddət ərzində kartlar vasitəsilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 11 milyard 891 milyon manat təşkil edib. Bununla yanaşı, icra olunan nağdsız ödənişlərin 75 faizi elektron ticarətin, 24,9 faizi POS-terminalların, 0,1 faizi ATM-lərin payına düşüb. Xüsusi ilə qeyd olunmalıdır ki, nağdsız ödənişlərin geniş yayılmasında ödəniş kartlarının sayının artması mühüm rol oynayır.
Əməliyyatların icra olunmasına görə ödəniş kartları əsasən iki yerə bölünür: kredit kartlar və debet kartlar.
Kredit kartı nədir?
Kredit kartı müştəriyə bankın təmin etdiyi kredit xəttindən istifadə etmək imkanı verir. Bu səbəblə, müştəri istənilən zaman bankın ona təqdim etdiyi kredit xəttindən istifadə edə, xərclədiyi məbləği isə bir qədər gec geri qaytara bilər.
Taksit kartı nədir?
Taksit kartı müxtəlif üstünlüklərə malik olan kredit kartıdır.
Kredit kartı və taksit kart arasındakı fərqlər nədir?
Taksit kartı müştərilərə banklarla partnyor olan şirkətlərdə, mal və xidmətlərin dəyərini münasib şərtlərlə ödəmə imkanı təqdim edir. Belə ki, istifadə edilən məbləğ faiz hesablanmadan, partnyordan asılı olaraq 1, 2, 3, 6, 12, 18 və ya 24 aya ödənilir. Kart üzrə borc müvafiq aylar ərzində hər ayın müvafiq tarixinədək banka ödənilir. Ödəniş müddətində borca faiz hesablanmır, lakin gecikmə halları zamanı cərimə faizi hesablanır.
Kredit kartının hansı üstünlükləri var?
➮ Güzəşt müddəti – kredit vəsaitindən faizsiz olaraq istifadə edilməsi mümkün olan müddət kəsiyidir;
➮ Kredit limiti – müştərinin müəyyən faiz dərəcəsi qarşılığında kartdan maksimum xərcləyə biləcəyi məbləği əks etdirir;
➮ Faiz dərəcəsi – güzəştli dövr bitdikdən sonra hesablanmış faiz məbləğinin dərəcəsidir.
Kredit limiti necə təyin edilir?
Kredit kartı üçün müraciət etdikdə kredit üzrə mütəxəssis müştərinin aylıq gəlirlərini və xərclərini dəqiqləşdirəcəkdir. İlkin təhlil aparıldıqdan sonra müştəriyə limit haqqında məlumat təqdim olunur. Qeyd edək ki, hal-hazırda ölkədə əksər banklar müştərilərinə kredit kartı məhsulunu təqdim edir. Lakin ən sərfəli şərtlərə sahib olan kredit kartı hansıdır?
Kartmane Kredit Kartı ✰
Rabitəbankın kredit kartı hal-hazırda ölkədə 100 gün güzəşt müddətini müştərilərə təklif edən yeganə bank məhsuldur. Kreditin maksimal məbləği 15000 azn-dir. Kartın istifadə müddəti 5 ildir və illik faiz dərəcəsi 25%-dir. Eyni zamanda Kartmane kredit müştərilərə 100% nağdlaşdırma və 100 gün güzəşt müddəti təklif edir.
Kredit kartı necə almaq olar?
Kartmane Kredit kartını rabitabank.com saytından onlayn sifariş edə bilərsiniz. Kartın hazırlanması üzrə xidmət haqqı 10 AZN | 6 USD/EUR təşkil edir. Bakı və Sumqayıt şəhər filialları üzrə minimal 500 AZN/USD/EUR, rayon filiallarında 200 AZN/USD/EUR ilkin mədaxil etdikdə kart pulsuzdur. Növbəti illər üzrə Kartmane hesabında qalıq ən azı 500 AZN/USD/EUR və ya İllik dövriyyə ən azı 3000 AZN/USD/EUR (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır) və artıq olduğu halda həmin il üçün xidmət haqqı tutulmur.
Kredit limiti məbləğinin neçə faizini nağdlaşdırmaq olar?
Kartmane kredit kartı müştərilərə 100% nağdlaşdırma imkanı verir.
Kredit kartının müddəti nə qədərdir?
Kartmane Kredit 60 ayadək müddətə rəsmiləşdirilir. Kartmane Kredit-ə açılacaq kredit xəttinin müddəti isə 24 ay təşkil edir.
Kredit limitini artırmaq və ya azaltmaq mümkündür?
Limitin azaldılması və ya artırılması üçün banka müraciət etmək lazımdır.
Kart haqqında ətraflı məlumat üçün: Kartmane Kredit