Bütün elanlar
8 İyun, 2025

Baş ofis binasında Wifi şəbəkəsinin qurulması

Tenderin elan tarixi: 15.05.2025
Tenderin son tarixi:  27.05.2025, saat 15:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
İşin icra müddəti qeyd edilməsi mütləqdir
Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
Qiymət təklifi zərfdə və möhürlü(Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)-Lazım olsa istəniləcək
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olsa istəniləcək

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.