Əməliyyatı seçin
Kotirovkanın elan tarixi: 02.02.2026
Kotirovkanın son tarixi: 09.02.2026, saat 15:00.
Kotirovka qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
• İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
• İşin icra müddəti qeyd edilməsi mütləqdir
• Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
• Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Kotirovkada iştirak etmək üçün təqdim edilməli sənədlər:
• Kotirovka təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
• Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
• Məxfilik müqaviləsi (Kotirovkada iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
• Kotirovka təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
• Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı
• Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış
Kotirovkada iştirak etməkdə maraqlı olan şirkətlər procurement@rabitabank.com elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.