Bütün elanlar
30 Yanvar, 2026

Dynatrace sisteminin lisenziyalarinin 1 illik yenilənməsi

Tenderin elan tarixi: 23.01.2026
Tenderin son tarixi: 30.01.2026, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

•    İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
•    İşin icra müddəti qeyd edilməsi mütləqdir
•    Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
•    Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
•    Müvafiq sahə üzrə MAF sənədinin təqdim edilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
•    Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
•    Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı 
•    Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış

    Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, 28 Füzuli küç. 71) ünvanına  göndərilməlidir.

    Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.