Bütün elanlar
14 İyun, 2025

İBM QRadar sisteminə dəstək xidmətinin 1 illik uzadılması

Tenderin elan tarixi: 02.05.2025
Tenderin son tarixi:  08.05.2025, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
•    İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
•    İşin icra müddəti qeyd edilməsi mütləqdir
•    Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
•    Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
•    Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
•    Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Qiymət təklifi zərfdə və möhürlü(Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)-Lazım olsa istəniləcək
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olsa istəniləcək

  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına  göndərilməlidir.
  • Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.