Bütün elanlar
5 Dekabr, 2025

İT Audit xidmətinin satın alınması ilə bağlı tender elanı

Tenderin adı: “İT Audit xidmətinin satın alınması ”   

Tenderin elan tarixi:  16.09.2025
Tenderin son tarixi:   30.09.2025, saat 15:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
•    İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referansla)
•    Auditorların peşəkarlıq səviyyəsi tələb olunan xidmətlərin aparılması üçün uyğun olmalıdır.
•    İşin icra müddəti qeyd edilməsi mütləqdir
•    Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
•    Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli 
•    Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Şirkətin son 1 ildəki maliyyə hesabatı – rəsmi
•    Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında arayış-rəsmi

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.