Əməliyyatı seçin
Tenderin elan tarixi: 24.02.2026
Tenderin son tarixi: 03.03.2026, saat 13:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
• İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
• İşin icra müddəti qeyd edilməsi
• Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
• Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:
• Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
• Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri- daha öncə təqdim edilibsə, ehtiyac yoxdur.
• Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
• Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd- daha öncə təqdim edilibsə, ehtiyac yoxdur.
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya (+99450) 270 72 20 nömrəsinə müraciət edə bilərlər.