Əməliyyatı seçin
Tenderin elan tarixi: 01.05.2026
Tenderin son tarixi: 015.05.2026, saat 13:00.
Planlaşdırılan yeni marketinq təşəbbüsü çərçivəsində Bakı şəhərində yerləşən iri ticarət mərkəzlərində (28 Mall, Gənclik Mall, Crescent Mall və Dəniz Mall) reklam və müştəri cəlbetmə məqsədli stendlərin qurulması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, aşağıda qeyd olunan xidmətlərin təmin edilməsi qiymət təklifləri vermənizi xahiş edirik:
1. Məkan və icarə məsələləri
* 28 Mall, Gənclik Mall, Crescent Mall və Dəniz Mall üzrə stend yerləşdirilməsi imkanları
* Hər bir məkan üzrə aylıq və ümumi (2-3 ay müddətinə) icarə haqları
* Texniki və dizayn tələblərinin Pasha Malls tərəfindən müəyyən edilmiş standartlara uyğun
2. Stendin dizayn və istehsalı
* Kreativ və müasir dizayna malik reklam stendinin hazırlanması (mateirallar, ölçü və s texniki şərtlər Mall-un tələblərinə uyğun)
* Gamer mövzusuna uyğun interaktiv elementlərin (oyun zonası və s.) nəzərə alınması
* İstehsal, quraşdırma və sökülmə xidmətləri daxil olmaqla ümumi qiymət
3. Promoter xidmətləri
* Gündəlik fəaliyyət üçün promoterlərin təmin edilməsi
* 2 növbəli iş rejimi (Malların açılış saatından bağlanış saatına qədər fasiləsiz fəaliyyət)
* Promoterlərin geyimlərinin (uniforma) və badgelərinin hazırlanması
* Təlim və məhsul üzrə məlumatlandırma imkanları
4. Əlavə xidmətlər
* Texniki dəstək (internet, elektrik, avadanlıqların işlək vəziyyətdə saxlanılması)
* Oyun və əyləncə zonası üçün avadanlıqların təmin edilməsi
* Lazım olduqda gündəlik nəzarət və koordinasiya xidməti
Zəhmət olmasa, yuxarıda qeyd olunan xidmətlər üzrə uyğun vendor siyahısını, hər bir xidmət üzrə ayrı-ayrılıqda qiymət təkliflərini, təxmini icra müddətlərini təqdim etməyinizi rica edirik. Layihənin həyata keçirilməsi üçün planlaşdırılan müddət təxminən 1-2-3 ay təşkil edir. (aylara görə qiymətlərə baxa bilərik) Əlavə suallar yarandığı halda məmnuniyyətlə dəstək verməyə hazırıq.
Təkliflərin qəbul edilməsi: