Bütün elanlar
16 İyun, 2026

Nizami filialının əsas elektrik xəttinin yenilənməsi(filiala daxil olan xəttə qədər)

Tenderin elan tarixi: 13.04.2026,
Tenderin son tarixi: 27.04.2026, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
•    İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
•    İşin icra müddəti qeyd edilməsi mütləqdir
•    Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
•    Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli 
•    Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
•    Şirkətin son 1 il üzrə vergi borcunun  olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Təkliflərin qəbul edilməsi:

  • Tenderin texniki şərtləri ilə buradan tanış ola bilərsiniz. Texniki şərtdə olan qeydlərin , icazələrin alınması mütləqdir.(Qiymət təklifində nəzərə alınmalıdır)
  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.