Əməliyyatı seçin
Tenderin elan tarixi: 27.07.2026
Tenderin son tarixi: 07.08.2026, saat 17:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
• İştirakçı şirkətin bu sahədə ən azi 1 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
• İşin icra müddəti qeyd edilməsi mütləqdir
• Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
• Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
• Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
• Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
• Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
• Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı (Son 1 il ərzində təqdim edən şirkətlərin yenidən göndərməsinə ehtiyac yoxdur.)
• Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında rəsmi arayış (Son 1 il ərzində təqdim edən şirkətlərin yenidən göndərməsinə ehtiyac yoxdur.)
•
Təkliflərin qəbul edilməsi:
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına göndərilməlidir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.