Əməliyyatı seçin
Tenderin elan tarixi: 20.05.2026
Tenderin son tarixi: 29.05.2026, saat 17:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
• İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
• İşin icra müddəti qeyd edilməsi mütləqdir
• Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Xidmətin texniki şərti aşağıdakı kimidir:
1. Müştəri ATM üzərindən QR vasitəsilə nağd pul çıxarma əməliyyatını seçir;
2. ATM tərəfindən dinamik QR kod yaradılır;
3. Müştəri mobil tətbiq vasitəsilə QR kodu skan edir;
4. Müştəri mobil tətbiqdə əməliyyatı təsdiqləyir;
5. Təsdiqdən sonra ATM tərəfindən nağd vəsait təqdim olunur.
Seçiləcək təchizatçı aşağıdakı xidmətləri təqdim etməlidir:
• QR əsaslı ATM nağdlaşdırma həlli;
• Bankın ATM switch/prosessinq sistemi ilə inteqrasiya;
• Əməliyyatların avtorizasiya və yönləndirilməsi mexanizmi;
• Təhlükəsizlik və antifraud mexanizmləri;
• Monitorinq və hesabatlıq alətləri;
• Texniki dəstək və servis xidməti;
• Test və məhsuldar mühitə keçid dəstəyi;
• Həllin Bankın mövcud proqram təminatı çərçivəsində işləməsi;
• Təklif olunan həllin AzeriCard prosessinq mərkəzində akkreditasiyadan keçmiş olması.
Təklif olunan həll aşağıdakı funksionallığı təmin etməlidir:
• Hər əməliyyat üzrə unikal və dinamik QR kod yaradılmalıdır;
• QR kod üçün istifadə müddəti konfiqurasiya edilə bilməlidir;
• QR məlumatları şifrələnmiş şəkildə ötürülməlidir;
• Real-time avtorizasiya dəstəklənməlidir;
• Replay attack hallarının qarşısı alınmalıdır.
• ATM yalnız uğurlu avtorizasiyadan sonra vəsaiti təqdim etməlidir;
• Partial dispense və reversal ssenariləri dəstəklənməlidir;
• Timeout parametrləri tənzimlənə bilməlidir.
• Əməliyyat statuslarının izlənməsi mümkünlüyü yaradılmalıdır;
• Audit log və əməliyyat tarixçəsi saxlanılmalıdır.
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
• Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
• Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
• Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
• Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
• Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
• Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)
Təkliflərin qəbul edilməsi:
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına göndərilməlidir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.