Bütün elanlar
3 May, 2024

"Rabitəbank" radio kanallarında reklam yayımı ilə bağlı tender elan edir

"Rabitəbank" ASC radio kanallarında reklam yayımı ilə bağlı tender elan edir. Tenderin tələbləri, şərtləri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Əlavə suallar yaranarsa əlaqədar şəxsin elektron ünvanına yaza və ya telefonla (Vasif.Mammadov@rabitabank.com, + 994 51 2714848 ) müraciət edə bilərsiniz. Təklifləri imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləməyiniz, aidiyyatı tenderin adını qeyd etməyiniz və "Rabitəbank" ASC-nin  Baş ofisinə (Satınalma şöbəsinin adına), Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd edək ki, qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq). Tenderdə iştirak üçün son müraciət tarixi 04.03.2024-ci il saat 13:00-a qədərdir.