Bütün elanlar
5 Dekabr, 2025

“Xankəndi filialının təmiri ilə bağlı tender”

Tenderin elan tarixi: 08.07.2025
Tenderin son tarixi: 22.07.2025, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
•    İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
•    İşin icra müddəti qeyd edilməsi mütləqdir
•    Tikinti işləri ilə əlaqədar lisenziyanın olması
•    Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
•    Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
•    Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
•    İştirakçının dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olması
•    Materialların və avadanlıqların markasının, modelinin, istehsalçı ölkəsinin təklifdə qeyd olunması
•    İcra müddətinin təklifdə göstərilməsi mütləqdir.

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
•    Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
•    Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı 
•    Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında rəsmi arayış 

    Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç.71) ünvanına  göndərilməlidir.

    Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.