Bütün elanlar
1 May, 2024

"Yeni il hədiyyəsi” ilə bağlı tender elanı

"Rabitəbank" ASC "Yeni il hədiyyəsi” ilə bağlı tender elan edir.

Termosların dizaynı ilə buradan, tələbləri ilə isə aşağıdan tanış ola bilərsiniz.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər əlavə suallarla bağlı vasif.mammadov@rabitabank.com və tender@rabitabank.com elektron ünvanlarına və ya 051-271-48-48 nömrəsinə müraciət edə bilərlər. Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq).
Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləməyiniz, aidiyyatı tenderin adını qeyd etməyiniz və 06.12.2023-ci il saat 13:00-a kimi "Rabitəbank" ASC-nin Satınalmalar şöbəsinə - Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməyiniz xahiş olunur.
 

  • Termos sayı: 1100 ədəd
  • Termosun üzərinə iki tərəfdən Rabitəbank yazısı və loqosu yapışdırılacaq.
  • Rəng: ağ
  • Termoslar hədiyyə qutu şəklində olsun, qutuda termosdan başqa biz tərəfdən şokolad yerləşdiriləcək və qutunun üzərində Yeni ilə uyğun yazı olacaq (dizayn tender qalibi seçildikdən sonra təqdim olunacaq)
  • Termos iki variantda tələb olunur, lakin ikisindən biri alınacaq
  • Varinat 1: Temosun içi və çölü dəmir, tutumu 400ml
  • Varinat 2: Temosun içi və çölü dəmir, tutumu 500ml