Bank krediti necə əldə etmək olar?
Bank krediti əldə etmək üçün iki əsas müraciət üsulunuz var: bankın filialına gedərək şəxsən müraciət etmək və ya onlayn şəkildə rahatlıqla kredit sifarişi etmək. Hər iki halda da, sizdən tələb olunan sənədləri bankın müəyyən etdiyi şərtlərə uyğun təqdim etməlisiniz. Online müraciət zamanı, sadəcə şəxsiyyət vəsiqənizin FİN kodunu daxil etməklə, vaxtınıza qənaət edə və filiallara getmədən kreditə müraciət edə bilərsiniz.