4 NOMİNASİYA ÜZRƏ “BANKÇILIQ MÜKAFATLARI – 2025” TƏDBİRİNİN QALİBİ OLDUQ / Xəbərlər / Fərdi / Rabitəbank - Rahat Bankçılıq!
Bütün elanlar
2 Aprel, 2026

4 NOMİNASİYA ÜZRƏ “BANKÇILIQ MÜKAFATLARI – 2025” TƏDBİRİNİN QALİBİ OLDUQ

Rabitəbank olaraq Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan “Bankçılıq Mükafatları – 2025” tədbiri çərçivəsində 4 nominasiyada mükafata layiq görüldük.

2025-ci il ərzində həyata keçirdiyimiz fəaliyyətlərə görə aşağıdakı istiqamətlər üzrə dəyərləndirildik:

  • Korporativ sosial məsuliyyət
  • Təhsil dəstəkçisi
  • Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi
  • Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank

Bu mükafatlar bizim üçün həyata keçirdiyimiz işlərin və strateji yanaşmamızın mühüm qiymətləndirilməsi olmaqla yanaşı, gələcək fəaliyyətimiz üçün əlavə motivasiya mənbəyidir.

Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyimiz layihələrlə cəmiyyətə dəyər qatmağa, təhsil təşəbbüslərimizlə gənclərin inkişafına dəstək olmağa davam edirik. Eyni zamanda, rəqəmsal transformasiya strategiyamız çərçivəsində innovativ həllər tətbiq edərək müştərilərimizə daha rahat və əlçatan xidmətlər təqdim edirik.

Beynəlxalq əməkdaşlıqlarımızın genişləndirilməsi istiqamətində atdığımız addımlar isə Rabitəbankın qlobal maliyyə ekosistemində mövqeyinin daha da güclənməsinə xidmət edir.

Rabitəbank olaraq “Rahat bankçılıq” konsepsiyamız əsasında müştəriyönümlü, innovativ və sosial dəyər yaradan fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.