Asiya İnkişaf Bankının “Leading Partner Bank in Azerbaijan” mükafatına layiq görüldük
“Rabitəbank” ASC, Asiya İnkişaf Bankı (Asian Development Bank – ADB) tərəfindən təşkil edilən nüfuzlu “Trade and Supply Chain Awards 2025” müsabiqəsində “Leading Partner Bank in Azerbaijan” nominasiyası üzrə qalib seçilib. Təltifetmə mərasimi Sinqapur şəhərində keçirilib.
Bu müsabiqədə dünyanın müxtəlif ölkələrindən maliyyə qurumları təmsil olunaraq ticarət və təchizat zənciri sahəsində gördükləri işlərə görə qiymətləndirilib. Nəticələrə əsasən, Rabitəbank beynəlxalq tərəfdaşlıqlarda etibarlılığı, müştərilərə yönəlik peşəkar yanaşması və dayanıqlı inkişaf strategiyası ilə fərqlənərək qalib elan olunub. Qeyd edək ki, bankımız 2024-cü ildə də eyni nominasiyanın qalibi olub.
Asiya İnkişaf Bankı ilə uğurlu tərəfdaşlıq çərçivəsində Rabitəbank kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq, eyni zamanda ölkə iqtisadiyyatının dayanıqlı böyüməsinə töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir.