Maliyyə savadlı gələcək üçün Bakı Biznes Universitetində tələbələrlə görüşdük / Xəbərlər / Fərdi / Rabitəbank - Rahat Bankçılıq!
Bütün elanlar
23 Aprel, 2026

Maliyyə savadlı gələcək üçün Bakı Biznes Universitetində tələbələrlə görüşdük

Rabitəbank gənclərin maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüsləri çərçivəsində Bakı Biznes Universitetinin tələbələri üçün “Kredit tarixçəsi nədir?” mövzusunda maarifləndirici görüş təşkil edib. Təlim zamanı iştirakçılara kredit tarixçəsinin mahiyyəti, maliyyə reputasiyasının formalaşmasında rolu, düzgün maliyyə davranışlarının gələcək kredit imkanlarına və şəxsi maliyyə idarəçiliyinə təsiri barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində tələbələrlə interaktiv fikir mübadiləsi aparılıb, kredit tarixçəsinin qorunması, ödəniş intizamının əhəmiyyəti, kredit skorunun formalaşmasına təsir edən amillər və məsuliyyətli borclanma prinsipləri müzakirə olunub. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda təşkil olunan interaktiv sual-cavab sessiyası görüşə xüsusi dinamika qatıb. Mövzu ətrafında keçirilən hədiyyəli oyun çərçivəsində aktiv iştirak edən tələbələr arasından 3 qalib müəyyən olunaraq mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.