Bütün elanlar
23 Aprel, 2024

Bankımızdan 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar Ağdam kənd məktəbinə dəstək! 💚

Ağdam rayon Ə.Allahverdiyev adına Alıbəyli kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan 100-dən çox şagird üçün məktəbli ləvazimatları və kitablar hədiyyə etdik. Məqsədimiz məktəbliləri oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada şagirdlərə təqdim edilən kitablar klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ədəbiyyatı, dünya və Azərbaycan ədəbiyyatından nümunələr və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, çanta, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftəri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edilib.