ECO TİCARƏT VƏ İNKİŞAF BANKININ NÜMAYƏNDƏLƏRİ RABİTƏBANKDA QONAQ OLDULAR!
Rabitəbank olaraq ECO Ticarət və İnkişaf Bankının nümayəndələrini yeni ofisimizdə qarşılamaqdan böyük məmnuniyyət duyduq. Görüş zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf istiqamətləri və yeni tərəfdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparıldı.
Regionun iqtisadi inkişafına, dayanıqlı maliyyələşmənin təşviqinə və ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edən birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əməkdaşlığımızı daha da genişləndirmək üçün müzakirələr oldu.
Qeyd etmək istərdik ki, bu kimi görüşlər bankımız üçün maliyyə sektorunda beynəlxalq əlaqələrin inkişafı, təcrübə mübadiləsinin təşviqi və institusional tərəfdaşlıqların möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.