Bütün elanlar
20 Oktyabr, 2026

Rabitəbank olaraq Visanın dəstəyi ilə Gamer Turniri keçirdirik

Rabitəbank Visanın dəstəyi ilə 22 noyabr 2026-cı il tarixində Bakıda genişmiqyaslı Gamer turniri keçirəcək. Elektra Event Hall-da baş tutacaq turnir ölkənin gaming icmasını bir araya gətirərək komanda ruhu, strateji düşüncə və rəqabət atmosferini özündə birləşdirən xüsusi platforma təqdim edəcək.

Turnir iki mərhələdən ibarət olacaq. 11-21 noyabr tarixlərində keçiriləcək ilkin mərhələ onlayn kvalifikasiya formatında təşkil olunacaq. Bu mərhələdə komandalar finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlayn kvalifikasiyanı uğurla başa vuran komandalar isə 22 noyabr tarixində final mərhələsində qarşılaşacaqlar.

Turnirdə iştirakın əsas şərtlərindən biri komanda üzvlərinin Rabitəbankın Kartmane Gamer kartına sahib olmasıdır. Hazırda davam edən kampaniya çərçivəsində Kartmane Gamer kartını noyabr ayının sonunadək ödənişsiz sifariş etmək mümkündür.

Yarışın yekun nəticələrinə əsasən birinci yeri tutan komanda 2 500 AZN, ikinci yeri tutan komanda 1 500 AZN, üçüncü yeri tutan komanda isə 1 000 AZN məbləğində pul mükafatı qazanacaq.

Rabitəbank tərəfindən reallaşdırılan layihənin əsas məqsədlərindən biri sürətlə inkişaf edən gaming mədəniyyətinə dəstək göstərmək, oyun həvəskarları üçün peşəkar və rəqabətli mühit yaratmaq, eyni zamanda gənclərin maraq göstərdiyi müasir rəqəmsal istiqamətlər üzrə yeni təcrübələrin formalaşmasına töhfə verməkdir.

Tədbir gaming atmosferinin, canlı rəqabətin və komanda təcrübəsinin bir araya gəldiyi xüsusi görüş məkanı rolunu oynayacaq. Müxtəlif komandaların eyni məkanda qarşılaşması iştirakçılara həm öz oyun bacarıqlarını nümayiş etdirmək, həm də gaming icmasının digər üzvləri ilə ünsiyyət qurmaq imkanı yaradacaq.

Turnirdə iştirak etmək istəyən komandalar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. İştirak və qeydiyyat üçün https://rbt.az/gaming linkə keçid edə bilərsiniz.

Kartmane Gamer haqqında

Kartmane Gamer Rabitəbankın oyunsevərlər və rəqəmsal platformalardan aktiv istifadə edən gənclər üçün hazırladığı xüsusi kart məhsuludur. Kart rəqəmsal ödənişlər üzrə 5%-dək keşbek, kart qalığına illik 4% gəlir, 7 illik istifadə müddəti, AZN, USD və EUR valyutalarında istifadə, eləcə də istənilən ATM-də aylıq 2 000 AZN/USD/EUR-dək komissiyasız nağdlaşdırma imkanı təqdim edir.

Kartmane Gamer ölkədə ilk dəfə LED texnologiyalı kart kimi təqdim olunur və innovativ dizaynı ilə gamer auditoriyasının rəqəmsal həyat tərzinə uyğun fərqli istifadəçi təcrübəsi yaradır.

Kart sifarişi üçün https://rbt.az/gamer linkinə keçid edə bilərsiniz.