İslam İnkişaf Banki Qrupunun illik toplantilarinin ilk günündə iştirak etdik.
Rabitəbank olaraq İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən 2026-cı il üzrə İllik Toplantılarında iştirak etdik.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək himayəsi altında təşkil olunan və “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr edilən tədbir dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq maliyyə institutlarını, inkişaf təşkilatlarını və özəl sektor təmsilçilərini bir araya gətirib.
Toplantı çərçivəsində dayanıqlı iqtisadi inkişaf, regional əməkdaşlığın gücləndirilməsi, maliyyə inklüzivliyi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və innovativ maliyyə həlləri kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
Rabitəbankın rəhbər heyəti tədbir zamanı beynəlxalq maliyyə institutları və tərəfdaş qurumlarla görüşlər keçirərək əməkdaşlıq imkanları, maliyyələşmə mexanizmləri və regionda dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Bank olaraq beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkənin maliyyə sektorunun inkişafına töhfə verilməsi və qlobal maliyyə ekosistemində aktiv iştirakın təmin olunması istiqamətində fəaliyyətimizi davam etdiririk.