Bütün elanlar
22 Sentyabr, 2025

Qara Dəniz Ticarət İnkişaf Bankının nümayəndələri Rabitəbankın qonağı olub.

Qara Dəniz Ticarət İnkişaf Bankının (BSTDB) nümayəndə heyətini mərkəzi ofisimizdə qonaq qəbul etdik. Görüş çərçivəsində iki maliyyə qurumu arasında əməkdaşlığın mövcud istiqamətləri müzakirə olunub və yeni imkanlar nəzərdən keçirilib.

Qeyd edək ki, hazırda Rabitəbank Qara Dəniz Ticarət İnkişaf Bankı ilə 8.5 milyon dəyərində SME layihəsini uğurla həyata keçirir. Bu əməkdaşlıq ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq, bizneslərin maliyyə resurslarına çıxışını genişləndirmək və iqtisadi sabitliyə töhfə vermək məqsədi daşıyır.

Rabitəbank nümayəndələri görüş zamanı bankın sahibkarlığın maliyyələşdirilməsi, innovativ məhsulların tətbiqi və ölkə iqtisadiyyatının dayanıqlı inkişafına yönəlmiş strategiyaları barədə ətraflı məlumat veriblər. Qara Dəniz Ticarət İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələrin isə KOB sektorunda yeni imkanlar açacağına xüsusi diqqət çəkilib.

 

Rabitəbank rəhbərliyi bildirib ki, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq bankın fəaliyyətində əsas prioritetlərdən biridir:

“Biz Qara Dəniz Ticarət İnkişaf Bankı ilə qurduğumuz tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq Azərbaycanın sahibkarlıq mühitinin inkişafına, eləcə də KOB-ların maliyyə dayanıqlığının artırılmasına xidmət edir. Əminik ki, birgə layihələrimiz ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.”

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın davamlı inkişafı üçün yeni perspektivləri müzakirə edib və birgə fəaliyyətin gələcəkdə daha da genişləndirilməsi istiqamətində razılıq əldə ediblər.