Bütün elanlar
6 İyul, 2023

Rabita Mobile-dan yenilik!

Artıq Azəriqaz Gallus, Zenner və Azərsu NFC kartları üçün ödənişləri Rabita Mobile tətbiqindən rahatlıqla həyata keçirə bilərsiniz. Bunun üçün aşağıdakı ardıcıllığı izləməyiniz kifayətdir:

  • Kommunal xidmətlər bölməsindən uyğun ödənişi seçərək kartı telefonun arxa hissəsinə yaxınlaşdırın;
  • Abunəçi haqqında məlumatlar səhifəsində davam edin hissəsinə toxunun;
  • Açılan səhifədə kart və ya hesab seçin, məbləğ qeyd edərək "ödəniş edin" düyməsinə toxunun;
  • Məlumatları təsdiq edin;
  • Vəsaitin karta yüklənməsi üçün kartı yenidən telefonun arxa hissəsinə yaxınlaşdırın.

Kartmane kartınızla Rabita Mobile-da qeydiyyatdan keçin və tətbiqimizin sərhədsiz imkanları ilə rahat bankçılıqdan zövq alın!