Bütün elanlar
18 İyul, 2025

Rabitəbankda Daxili audit departamentinə yeni direktor təyin olundu

18 iyul 2025-ci il tarixində Samir Salmanlı “Rabitəbank” ASC-nin Daxili Audit Departamentinin direktoru vəzifəsinə təyin olunub.
Samir Salmanlı  maliyyə və audit sahəsində dərin bilik və zəngin təcrübəyə malik mütəxəssisdir. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bakalavr, 2000-ci ildə isə “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi“ ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə başa vurmuşdur. 
Geniş təcrübəyə malik olan Samir Salmanlı banklarda kreditləşmə, maliyyə və audit sahəsində bir sıra yerli və beynəlxalq sertifikatlar əldə etmişdir. 
Samir Salmanlı öz peşəkar karyerası ərzində bir sıra nüfuzlu qurumlarda məsul vəzifələrdə çalışmışdır. O, 2004-2008-ci illərdə Aqrarkredit BOKT QSC-də, 2008-2020-ci illərdə AGBank-ın Daxili Audit Departamentində müxtəlif vəzifələrdə çalışmışdır. Samir Salmanlı 2020-ci ilin sentyabr ayından “Rabitəbank” ASC-nin Daxili Audit Departamentində şöbə rəisi kimi fəaliyyətini davam etdirmişdir. 2022-ci ilin sentyabr tarixind’n 2025-ci ilin iyul tarixinə qədər həmin departamentin direktor müavini vəzifəsində çalışmışdır. 
Samir Salmanlının Rabitəbank komandasına qoşulması bankın audit sahəsində risk əsaslı yanaşma strategiyasının daha da gücləndirilməsinə və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verəcəkdir.
Samir Salmanlını yeni vəzifəsi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!