“Rabitəbank” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, “Rabitəbank” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Yığıncaq 8 sentyabr 2026-cı il tarixində, saat 17:00-da Bankın Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən Baş ofisində təşkil olunacaq. Səhmdarların iştirakını asanlaşdırmaq məqsədilə yığıncaq həm əyani, həm də onlayn iştirak imkanı ilə keçiriləcək.
Növbədənkənar Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
• Bankın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətlərinin uzadılması;
• “Capital Partners” İŞ-nin nizamnamə kapitalının artırılması;
• Digər təşkilati məsələlər.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.